“Leş Tofiq” leş ətlərini haralara paylayırmış? –Araşdırma aparılır

“Leş Tofiq” leş ətlərini haralara paylayırmış? –Araşdırma aparılırBir müddət öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun başçılıq etdiyi cinayətkar dəstə üzvləri həbs edilib.

Dəstə üzvlərinə məxsus Abşeron rayonunun Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanc yerlərinə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.

Bu xəbərlərin ardınca sosial şəbəkələrdə “Leş Tofiq”in satdığı ətlərin Bakıdakı müxtəlif kafe və restoranlarda istifadə edildiyi barədə iddialar paylaşıldı. İddialara görə, “Leş Tofiq”in həbsindən sonra həmin iaşə müəssisələrində ət yeməklərinin, o cümlədən dönər və pizzanın qiymətləri qalxıb.

“Report” “Leş Tofiq”in həbsinə qədər ətləri hansı ərazilərə payladığı, o ətlərdən hansı restoran və kafelərdə istifadə edildiyi və həmin restoran və kafelərin hazırda fəaliyyət göstərib-göstərməməsi ilə bağlı suallarla Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət etdib.

Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, məlum hadisə ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən geniş araşdırmalar həyata keçirilir.

“Leş Tofiq” leş ətlərini haralara paylayırmış? –Araşdırma aparılır

  • 8-10-2019, 11:51
  • 83


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  2. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  3. Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
  4. Lənkəran şefi biznesə girişib... - İDDİA
  5. “ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib
  6. Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO
  7. Yatmış vəziyyətdə olan arvadının başına qantellə vurub öldürən şəxs həbs edilib
  8. Beyləqanda ər arvadını boşandığı üçün öldürüb
  9. DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO
  10. “Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu 13 kəndi PYD/YPG-dən azad etdi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI