“Azərbaycanda hər nazirin 3-4 millət vəkili, prokuroru, hakimi, icra başçısı var”

“Azərbaycanda hər nazirin 3-4 millət vəkili, prokuroru, hakimi, icra başçısı var”Sərdar Cəlaloğlu: “Nazirlər bir-birlərinin qardaşını müavin kimi işə götürürlər”
“İnsanların qohumluq əlaqələrinə görə hakimiyyətdə təmsil olunması korrupsiyanın bir növüdür”
“Azərbaycanda hər nazirin 3-4 millət vəkili, prokuroru, hakimi, icra başçısı var”.
Bunu Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, bəzi hallarda bu şəxslər onun qohumlarından, bəzi hallarda isə yaxın tərəfdarlarından ibarət olur:
“Nazirlərin mühüm vəzifələrdə olan bu adamları ya onların yaxın qohumlarından, ya da yaxın tərəfdaşlarından ibarət olur. Onlar öz ailə üzvlərini və yaxın qohumlarını mühüm postlarda yerləşdirmək üçün daha bir üsuldan istifadə edirlər. Nazirlər bir-birlərinin qardaşını müavin kimi işə götürürlər. Yəni bir nazir digər nazirin qardaşını öz yanında müavin kimi işə götürür, daha sonra digər nazir qardaşını müavin kimi işə götürən nazirin qardaşını özünə müavin təyin edir.
Bu gün ölkədə elə bir nazir yoxdur ki, onun ailə üzvləri, qohumları mühüm vəzifələrdə təmsil olunmasın. İnsanların qohumluq əlaqələrinə görə hakimiyyətdə təmsil olunması korrupsiyanın bir növüdür və buna qarşı mübarizənin aparılması zəruridir”.

Xeberdar.net

“Azərbaycanda hər nazirin 3-4 millət vəkili, prokuroru, hakimi, icra başçısı var”

  • 9-02-2016, 11:54
  • 502


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI