RƏSMİ TEHRANDAN DA ANKARAYA ETİRAZ:"Əməliyyatı dərhal dayandırın və ordunu geri çəkin"

RƏSMİ TEHRANDAN DA ANKARAYA ETİRAZ:"Əməliyyatı dərhal dayandırın və ordunu geri çəkin"Türkiyə Ordusunu Suriyanın şimalında PYD/YPG terrorçularına qarşı başlatdığı “Barış Pınarı” əməliyyatına Ərəb Birliyi ölkələri ilə yanaşı, İrandan da etiraz gəlib.

Xeberdar.net “Haberler.com”a istinadla xəbər verir ki, bu gün İran Xarici İşlər Nazirliyi əməliyyatla bağlı bəyanat yayıb.

Bəyanatda əməliyyata etiraz olunub: “Türkiyə hücumu dərhal dayandrımalı və Suriyadakı hərbçilərini geri çəkməlidir”.

Xatırladaq ki, ötən gün İranın Xarici İşlər naziri Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonda apardığı müzakirədə də əməliyyata etiraz edib. O, hərbi əməliyyata qarşı olduqlarını bildirərək, Suriyanın ərazi bütövlüyünə hörmət tələb edib.

Qeyd edək ki, YPG/PYD terrorçuları Türkiyənin 430 km uzunluğundakı sərhədi boyunca yerləşərək, orada terror dalğası əsdirir. Məhz bu, eyni zamanda, Türkiyəyə sığınmış 3 milyondan çox suriyalı köçkünün öz torpaqlarına təhlükəsiz formada geri qaytarılması səbəbindən Ankara belə bir əməliyyata başlamaq məcburiyyətində qalıb. Maraqlı budur ki, İran bu dəfə Ərəb Birliyi ölkələri ilə eyni mövqe göstərərək, Türkiyənin bu əməliyyatına qarşı çıxıb.

Onu da qeyd edək ki, bu gün Ərəb Birliyi də bəyanat yayaraq, əməliyyata etiraz edib.

RƏSMİ TEHRANDAN DA ANKARAYA ETİRAZ:"Əməliyyatı dərhal dayandırın və ordunu geri çəkin"

  • 10-10-2019, 14:28
  • 95


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  2. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  3. Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
  4. Lənkəran şefi biznesə girişib... - İDDİA
  5. “ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib
  6. Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO
  7. Yatmış vəziyyətdə olan arvadının başına qantellə vurub öldürən şəxs həbs edilib
  8. Beyləqanda ər arvadını boşandığı üçün öldürüb
  9. DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO
  10. “Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu 13 kəndi PYD/YPG-dən azad etdi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI