Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA

Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA“Möhtərəm Prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Elə olmamlıdır ki, sabah eyni hallar baş versin və aidiyyatı insanlar məsuliyyətə cəlb edilsin. Dövlət Miqrasiya Xidməti Azərbaycanın qapısıdır. O, şəffaf, açıq və təmiz işləməlidir. Əgər Dövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır”. Xatırladaq ki, bu sözlər keçən ilin aprel ayının 24-də Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinin dəyişdiyi zaman Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən səsələndirilmişdi. Hörmətli PA rəhbəri yeni xidmət rəisini kollektivə təqdim edərkən işdən qovulan Firudin Nəbiyevi məhz bu ifadələrlə yola salmışdı.

Təbii ki, bütün bunları boşundan xatırlatmadıq. Belə ki, DİA.AZ-a mötəbər mənbədən daxil olan informasiyalara görə, Firudin Nəbiyev yenidən vəzifə ümidinə düşüb və bu məqsədlə himayədarların köməyinə arxalanmaqdadır.

Mənbə dia.az-a açıqlamasında iddia edib ki, Firudin Nəbiyev bu dəfə Müdafiə Nazirliyində görəv almaq istəyir. Hər halda Miqrasiya Xidmətini yarıdan birisinin Müdafiə Nazirliyi kimi strateji bir qurumda görəvə gətirilməsi inandırıcı olmasa da, belə bir ideya var və Firudin Nəbiyev də məhz bu yöndə çaba sərf edir.

Onu da xatırladaq ki, Firudin Nəbiyevin general rütbəsinə daşınması barəsində də kifayət qədər şübhəli məqamlar var ki, bu barədə yerli mətbuatda yetərincə informasiyalar yayılıb.(dia.az)

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA

  • 11-10-2019, 12:36
  • 125


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirib
  2. Ötən ay nikaha daxil olmaq istəyən 19 şəxsdə isə QİÇS aşkarlanıb
  3. Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ
  4. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  5. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  6. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  7. Sabah hava necə olacaq –Proqnoz
  8. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  9. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  10. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI