“Barış bulağı” əməliyyatı:məhv edilən terrorçu sayı 415-ə çatıb

820 12-10-2019, 11:33 dunya

“Barış bulağı” əməliyyatı:məhv edilən terrorçu sayı 415-ə çatıbSuriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 415-ə çatıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Buna qədər 399 terrorçunun məhv edildiyi deyilirdi.

“Fərat çayının şərqinə doğru “Barış bulağı” əməliyyatı gecə boyunca uğurla davam etdirilib. PKK, PYD/YPG terrorçularına aid mövqelərə havadan və qurudan zərbələr endirilib. Beləcə ümumilikdə 415 PKK/PYD terrorçusu məhv edilib”, – məlumatda belə deyilir.

XƏBƏR LENTİ