“Akıncının fikri bütün Kipr türklərinin fikrini əks etdirmir” – Vitse-prezident

“Akıncının fikri bütün Kipr türklərinin fikrini əks etdirmir” – Vitse-prezidentTürkiyənin vitse-prezidenti Fuat Oktay Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncının Suriyada aparılan “Barış bulağı” əməliyyatı ilə əlaqədar səsləndirdiyi açıqlamasını qınayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Akıncının “əgər bu, “Barış bulağı”dırsa, oradan su deyil, qan axır” ifadələrini işlətməsi Ankarada təəssüflə qarşılanıb. Akıncı, həmçinin münaqişənin diplomatik və danışıqlar yolu ilə həllinə çağırıb.

“Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı PKK-ya qarşı ədalətli mübarizəsində Türkiyəni dəstəkləməyən uğursuz bir bəyanat verib. “Barış bulağı” əməliyyatının qanlı PKK terror təşkilatına qarşı aparılmaqla, bölgənin sabitliyi üçün həyata keçirildiyini görməyən Akıncını qınayıram”, – deyə Fuat Oktay “Twitter” səhifəsində yazıb.

O, “Barış bulağı”nı 1974-cü ildə Türkiyə ordusunun “sülhməramlı” adı altında Kiprdə keçirdiyi hərbi əməliyyatı ilə müqayisə edib. “Akıncının fikri bütün Kipr türklərinin fikrini əks etdirmir”, – deyə Oktay əlavə edib.

Xeberdar.net

“Akıncının fikri bütün Kipr türklərinin fikrini əks etdirmir” – Vitse-prezident

  • 14-10-2019, 10:25
  • 182


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai rayonunda bu ərazi də satıldı
  2. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  3. ÇİNİN 5G SİSTEMİNƏ QARŞI ABŞ-ın KORONAVİRUS ƏMƏLİYYATI:iki amerikalı professorun hazırladığı virus dünya nizamını necə dəyişir? - ARAŞDIRMA
  4. Tanınmış jurnalist hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək
  5. TALANAN MİLYARDLAR, MƏHV EDİLƏN MİLYONLUQ TEXNİKA... - Həbs edilən olacaqmı? + FOTOLAR
  6. Xətai rayonunun "islahatçı" icra başçısının gerçək üzü
  7. Jalənin döyülməsini gizlədən “City Hospital”dan şok – Faktlar
  8. AZƏRBAYCANDA KOLLEC DİREKTORU VƏ MÜAVİNİ TUTULDU –Rüşvətlə
  9. DAHA BİR DEPUTATIN ADI KREDİT QALMAQALINDA - Sabiq nazir deputatın oğlunu məhkəməyə verib
  10. ÖLKƏ ŞOKDA! Orduda korona virus yayıldı - KARANTİN ELAN OLUNDU
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI