Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının Tbilisi görüşü təxirə salınıb

663 14-10-2019, 12:20 cemiyyet

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının Tbilisi görüşü təxirə salınıbAzərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirilərinin oktyabrın 16-da Tbilisidə keçirilməsi planlaşdırılan səkkizinci üçtərəfli görüşü təxirə salınıb.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, müvafiq qərar Türkiyənin müraciəti əsasında qəbul edilib.

Görüşün keçiriləcəyi yeni tarix hələlik məlum deyil.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son yeddinci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.

XƏBƏR LENTİ