GÖYƏRÇİN CİLDLİ KƏRKƏS: türk qanı ilə bəslənmiş Njde kimdir? –Professor Ramazan Siracoğlu yazır

1 017 14-10-2019, 12:46 cemiyyet / gundem

GÖYƏRÇİN CİLDLİ KƏRKƏS: türk qanı ilə bəslənmiş Njde kimdir? –Professor Ramazan Siracoğlu yazırRamazan SİRACOĞLU, professor



Özünü ictimaiyyətə demokrat kimi tanıdaraq, Ermənistanda iqtidara gəlmiş N. Paşinyan MDB başçıları şurasının Aşqabadda keçirilən sonuncu iclasında insanlığa, ilk növbədə isə türklərə qənim kəsilmiş Njde ləqəbli cani ( Njde- sözü ermənicədə “sərgərdan, sərsəri, səfil” anlamındadır ) haqqında heyranlıqla danışaraq onu repressiya qurbanı kimi tanıtmağa çalışmışdır.

Bəzi üzdəniraq, sözdə liberallarımız bizim milli qəhrəmanlarımızı görməzdən gələrək, onların haqqında sayqısız danışdıqları bir zamanda ermənilər bütün ömrü boyu türklərin qanını axıtmış, yaşayış məskənlərini viranə qoymuş, maddi- mədəniyyət
nümunələrini talan etmiş, türk əsillilərin var-dövlətinə, tarixi ərazilərinə sahib çıxmış, erməniləri hər gün türklərə qarşı mübarizəyə səsləmiş kərkəs xislətli Njdeni göyərçin kimi barış rəmzi olaraq təqdim etməyə başlayıblar. Bu yazıda Njde haqqında həqiqətlərin bəzilərini açıqlamağa ehtiyac duyduq.
GÖYƏRÇİN CİLDLİ KƏRKƏS: türk qanı ilə bəslənmiş Njde kimdir? –Professor Ramazan Siracoğlu yazır
Sənədlərə görə, 1886-cı ildə Naxçıvanda doğulmuş, 1894-1902-ci illərdə orda oxumuş, əsl adı Arakel olan Arutyunyan ( sonralar özünü əsilzadələrdən göstərmək məqsədi ilə familyasını Ter Arutyunyan şəklində dəyişdirmişdir ) Njde Qaregin Yeqişeviç əli silah tutandan bəri saysız-hesabsız cinayətlərin iştirakçısı və təşkilatçısı olub. Bu “xidmətləri” sayəsində Culfadan Peterburqa qədər müxtəlif həbsxanalarda “dincəlmək” şərəfinə də layiq görülmüşdür. Peterburqda universitetdə oxuduğu zaman törətdiyi növbəti cinayətə görə 1909- cu ildə universitetdən qovulan, polis tərəfindən axtarılan və yaxalandığı təqdirdə Sibirə sürgün ediləcəyi qorxusundan Njde havadarlarının köməyi ilə gizli şəkildə Bolqarıstana qaçmışdır. ( Sonralar isə o özü bu hadisəni siyasi fəaliyyəti ilə əlaqələndirmişdir.) Balkan savaşı zamanı Andraniklə birlikdə türklərə qarşı vuruşmuşdur. I Dünya müharibəsi başlayanda çar hökumətinin vermiş olduğu əfvdən yararlanaraq geri qayıtmış, silahlı dəstə yaradaraq Anadolu və Azərbaycan türklərinə xüsusi amansızlıqla divan tutmağa başlamışdır. 1918-121-ci illərdə Zəngəzur, Gümrü, Vedi və Qarabağda törətdiyi cinayət əməllərinin bir qismi məhkəmə sənədlərində də təsbit edilmişdir. Məsələn, istintaqda şahid qismində dindirilən Xoylunts Arsen Arutyunoviç adlı şəxs “Njdenin Zəngəzurdakı əməlləri barədə nə bilirsiniz?” sualına belə cavab vermişdir: “В 1919-1920 гг. под руководством Нжде, который командовал вооружёнными силами дашнакской армии в Кафанском районе, были уничтожены десятки азербаджанских сёл Кафанского и близлежащих районов и истреблены тысячи мирных жителей этих сёл— 1919-1920-ci illərdə Njdenin komandanlıq etdiyi daşnak ordusunun silahlı birlikləri Qafanda və onun civarında yerləşən ərazilərdə onlarca azərbaycanlı kəndini dağıtmış və burada yaşayan minlərlə dinc əhalini məhv etmişdir.” (Bax: Протокол допроса свидетеля Хойлунца Арсена Арутюновича от 16- го сентября 1947г.)

1921-ci ilin iyun ayından Zəngəzurda raykom katibi işləmiş şahid Xoylunts bildirmişdir ki, Njde 1920-ci ilin axırı, 1921-ci ilin başlanğıcında təkcə Tatevos ərazisində 400-dən çox azərbaycanlını qayadan uçuruma atmışdır. Njde özü istintaq zamanı öz əməllərinə haqq qazandırmaq üçün qətlə yetirilənlərin azərbaycanlı deyil ( ? ), türk olduqlarını söyləmişdir: “свидетели Хойлунц и Джанунц имеют в виду расстрелянных и сброшенных татевской скалы около 200 турок из отряда Завал паши, которых использовала советская власть против нас. Хочу отметить, что отряд Завал паши был мною разгромлен.”– Xoylunts və Canunts adlı şahidlər Tatevos qayasından atılmışlar və güllələnmişlər haqqında bəhs edərkən Sovet hökumətinin bizə qarşı istifadə etdiyi Zaval Paşanın dəstəsindən olan 200-dək türkü nəzərdə tutmuşlar. Bildirmək istəyirəm ki, Zaval Paşanın dəstəsi mənim tərəfimdən darmadağın edilmişdir.” ( Bax: Протокол допроса обвиняемого Тер-Арутюняна Гарегина Егишевича от 19-го сентября 1947г.)

Njde ömrü boyu türklüyə qarşı vuruşmuş, Fransada, Amerikada, Rusiyada, Türkiyədə, İranda, Azərbaycanda, Bolqarıstanda, Makedoniyada və Serbiyada türk qanı axıtmaqdan xüsusi ləzzət almış, hər yerdə Türkiyəni düşmən bilmişdir. Bunu o özü 1954-cü ilin fevral ayının 26-da cəza çəkdiyi Vladimir həbsxanasından SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədti K.Y. Voroşilova ünvanladığı əfv olunmaq haqqında yazdığı ərizədə ifadə etmişdir: “Моя жизнь была борьбой против феодальной Турции, исторической убийцы народов и культур – Mənim ömrüm xalqların və mədəniyyətlərin tarixi düşməni feodal Türkiyəsinə qarşı mübarizədə keçmişdir.” ( Bax: Закрытое. Председателю Президиума Верховного Совета ССР Гражданину К. Е. Ворошилову от з/к Тер-Арутюняна Г. Егишевича заявление.http://www.bvahan.com/armənianway/aw/Njdeh_KGB/Part08.html s. 145 )

Arxiv materialları təkzibolunmaz faktlarla sübut edir ki, yaşadığı hər yerdə ondan türklərə qarşı bir alət kimi istifadə etmişlər. Məsələn, hələ I Dünya müharibəsi başlayanda çar hökuməti Njdeni bir şərtlə əfv edir ki, o, Osmanlı dövlətinə qarşı fəaliyyət göstərsin. Ermənlərin fəxri olan Njde bu barədə belə yazmışdır: “Накануне мировой войны, получив амнистию от царского правительства, я вернулся с условием участвовать в боевых действиях против Турции.”- Dünya müharibəsi ərəfəsində Türkiyəyə qarşı vuruşmaq şərti ilə mən çar hökumətindən əfv olunaraq geri qayıtdım. ( Bax: Архив Министерство Национальной Безопасности Армении, дело N11278, т. 4)

XƏBƏR LENTİ