Avropa çempionatı:Azərbaycan millisi İsveçrəyə məğlub oldu

5 817 16-10-2019, 01:11 idman

Avropa çempionatı:Azərbaycan millisi İsveçrəyə məğlub olduAzərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Xeberdar.net məlumat verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv II qrupun lideri İsveçrə yığmasını qəbul edib.

Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutan ilk rəsmi beynəlxalq matçda qonaqlar qalib gəlib – 0:1.

Bu qələbədə sonra xalını 9-a çatdıran qonaqlar ilk pillədəki yerini qoruyub.

Azərbaycan millisi isə 3 xalla son sıradadır.

Xeberdar.net

XƏBƏR LENTİ