Şabranda nə baş verir?

901 17-10-2019, 11:30 cemiyyet / bolge / gundem

Şabranda nə baş verir?
Xeberdar.net-ə daxil olan məlumata görə, bir neçə gündür ki, Şabran rayonunda bir məmur tərəfindən silsilə qonaqlıqlar təşkil olunur. Beləki, Şabran rayon Məşğulluq İdarəsinin müdiri Elman Məmmədov öz vəzifəsindən azad edilib. Onun yerinə təyin olunan Emin Əlirzayev isə, bir neçə gündür artıq vəzifəyə təyin olunması münasibəti ilə müxtəlif yerlərdə ziyafətlər verir.
İlk baxışda təbii görünən bu ziyafətlərdə diqqəti çəkən odur ki, Emin Əlirzayev vəzifəyə rayon icra başçısının iradəsinə zidd olaraq, yaxın qohumunun əli ilə təyin olunduğunu bildirir. Emin Əlirzayev DSMF-nun Şabran rayon şöbəsində çalışırdı və eyni zamanda Şabran Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Aslan Usubovun qaynıdır.
Maraqlıdır ki, çox da böyük vəzifə sayılmayan Məşğulluq İdarəsinin müdiri ştatına təyin olunmaq münasibətilə verilən ziyafətlərin dəbdəbəsi artıq bütün rayona səs salıb.
Kiçik bir vəzifə üçün bu boyda səs-küyün nəyə hesablandığını isə yəqin ki, yaxın gələcəkdə görəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net

XƏBƏR LENTİ