Rusiya hərbçiləri Suriya-Türkiyə sərhədi istiqamətində irəliləyib –Rusiya MN-dən açıqlama

Rusiya hərbçiləri Suriya-Türkiyə sərhədi istiqamətində irəliləyib –Rusiya MN-dən açıqlamaRusiya Hərbi Polisinin dəstələri Suriyanın şimal-şərqinə, Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatları apardığı bölgə ilə sərhədə hərəkət edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Rusiya və Türkiyə prezidentlərinin oktyabrın 22-də Soçidə əldə etdikləri razılığa əsasən, bu gün saat 12-də Rusiya Hərbi Polisinin karvanı Fərat çayını keçərək Suriya-Türkiyə sərhədi istiqamətində irəliləyib”, – deyə Rusiya MN-in məlumatında qeyd olunub.

Nazirlikdən o da bildirilib ki, Hərbi Polis dəstələri əhalinin təhlükəsizliyinin təmin olunmasına və asayişin qorunmasına yardım edəcəklər: “Onlar təyin olunmuş rayonlarda patrul xidməti aparmaqla, kürd özünü müdafiə dəstələrinin və onların silahlarının Suriya-Türkiyə sərhədindən 30 km dərinliyə çıxarılmasına kömək edəcəklər”. /APA

Rusiya hərbçiləri Suriya-Türkiyə sərhədi istiqamətində irəliləyib –Rusiya MN-dən açıqlama

  • 23-10-2019, 15:09
  • 266


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  3. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  4. “İran inqilabdan sonra ən ağır günlərini yaşayır” –Ruhani
  5. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  6. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  7. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  8. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  9. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  10. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI