Kərəm Həsənovun qara günləri başlayır- KEÇMİŞ KOMİTƏ SƏDRİ ZİYA MƏMMƏDOVUN GÜNÜNƏ SALINIR

856 24-10-2019, 10:14 cemiyyet

Kərəm Həsənovun qara günləri başlayır- KEÇMİŞ KOMİTƏ SƏDRİ ZİYA MƏMMƏDOVUN GÜNÜNƏ SALINIRİlham Əliyevin son sərəncamı ilə “qələmini qırdığı” korrupsioner məmurlardan biri də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov oldu.

Ölkə başçısının sərəncamı ilə ləğv edilən bu komitə Azərbaycanın ən çox korrupsiyalaşmış, vətəndaşların ictimai etimadını itirən əsas qurumlardan biri idi.

İqtidar komandasında hər zaman sabiq nazir Fərhad Əliyevin üzünə durub, onu həbs etdirməsini prezidentə sədaqəti kimi təbliğ edən Kərəm Həsənovun cinayətlərinə uzun müddət göz yumulsa da ancaq onun “vurulması” son sərəncamdan daha öncəyə təsdüf edir.

Belə ki, son il ərzində komitə sədrinin fəaliyyəti ilə bağlı araşdırmalarda onun dövriyyəsi yüz milyonlarla ölçülən gizli biznesi üzə çıxıb.

Bu xəbərdən sonra Kərəm Həsənovun ölkə daxilindəki biznes strukturlarının əksəriyyəti əlindən alınıb.

Bəlli olub ki, qardaşlarının və yaxınlarının adına Kərəm Həsənov bir sıra ölkələrdə özəlliklə, Dubayda çoxsaylı daşınmaz əmlaka sahib olub.

Faəliyyətinin təftişi zamanı ağlasığmaz oğurluqlarının üzə çıxması Kərəm Həsənovun nəinki iş karyerasını bitirib, hətta həbsxana təhlükəsi ilə üzləşdirib.

Faktiki olaraq, sabiq nəqliyyat naziri Ziya Məmmədova oxşar tale yaşayan Kərəm Həsənovun qarşıda görəcək günləri də var.

Əslində “Eldar Mahmudov işi”ndə yola salınmalı olan bu adam özünü qorumağı bacarmışdı. Ancaq onun oğurluqları ona baha başa gəldi.

Kərəm Həsənovun “vurulması” onun deputat qardaşının da siyasi taleyini bitirmiş oldu.

Növbəti seçkidə Cəlilabad Rayonunu Milli Məclisdə başqa deputatın əvəz edəcəyi şübhəsizdir./Gununsesi.org /

XƏBƏR LENTİ