Bakıda oğlanla qızın qucaqlaşmasına etiraz qətllə nəticələndi

970 25-10-2019, 11:17 kriminal

Bakıda oğlanla qızın qucaqlaşmasına etiraz qətllə nəticələndiBakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 28 ünvanının qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Murad Tağıyev gecə 23 radələrində yol kənarında oğlanla qızın qucaqlaşmasına etiraz edib. Bu zaman yol ilə gedən, 1967-ci il təvəllüdlü Hamlet Novruzov M.Tağıyevə etiraz edib və onların arasında mübahisə düşüb. Mübahisə zəminində M. Tağıyev H.Novruzovu bıçaqlayaraq qətlə yetirib.

M.Tağıyev saxlanılıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

XƏBƏR LENTİ