“DEDİLƏR Kİ, YERİNİZƏ ENERJİLİ GƏNCLƏR TƏYİN EDƏRİK, RAZILAŞMADIM…” - 92 yaşlı rektor

“DEDİLƏR Kİ, YERİNİZƏ ENERJİLİ GƏNCLƏR TƏYİN EDƏRİK, RAZILAŞMADIM…” - 92 yaşlı rektordəyişəcəklər. Ona görə də getməməyi qərara aldım”

“Rektor vəzifəsindən istefa verəcəyimi sözlə demişdim, amma ərizə yazmamışdım. Sonra kollektiv mənim getməməyim üçün müraciət etdi. Qərara gəldim ki, rektor kimi fəaliyyətimi davam etdirim”. Bunu Azvision.az -a açıqlamasında Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının 92 yaşlı rektoru Ömər Eldarov deyib.

Rektor istefa verməməyinin səbəbini yerinə təyin olunacaq şəxslərin Akademiyanı dəyişə biləcəyi ilə əlaqələndirib: “Mən gedə bilərdim. Lakin buranın yaranışına necə başlamışıqsa, elə də davam etməsini istəyərdim. Sonra gördüm ki, yerimə gələcək insanlar buranı dəyişəcəklər. Ona görə də getməməyi qərara aldım. Yeni rəhbərin gəlib qurduğumuz işi apara bilməməsindən narahat idim. Mənim yerimə göstərilən namizədlərlə danışanda onların məni əvəzləyə biləcək insanlar olmadığını gördüm. Hər şeyi başqa cür edən insanlardır. Bu isə məni qane etmədi. Buna görə də kollektiv mənim qalmağımı istədi”.

Ö.Eldarov öz yerinə prorektorlardan birinin təyin edilməsinə razı olduğunu söyləyib: “Rektorluqdan getməyim barədə ərizə verməmişdən öncə müvafiq instansiyaya müraciət etmişdim. Onlara demişdim ki, yarı gün Akademiyaya, yarı gün elmalatxanaya getmək istəmirəm. Son illərimi yaradıcılığa həsr etməyi düşünürəm. Mənə dedilər ki, gedə bilərsiniz və biz sizin yerinizə cavan, enerjili gənclər təyin edərik. Bununla razılaşmadım. Dedim ki, hazırda Akademiyada mövcud olan rəhbərlikdən seçsinlər və işlərini davam etdirsinlər. Digərləri gəlsə, burada öz ambisiyasını göstərəcək. Bu isə bizə lazım deyil. Kollektiv yekdilliklə, hətta mənim vəzifəmdə olmaq istəyənlər də getməməyim üçün imza topladı və mən də hələlik getmirəm”.

Maraqlıdır, gənclər dəyişiklik etməyəcksə, onda onlar niyə vəzifəyə gətirilir? 92 yaşlı rektor nə bilir ki, vəzifəyə qoyulan gənc Akdamiyanı ondan pis idarə edəcək?

“DEDİLƏR Kİ, YERİNİZƏ ENERJİLİ GƏNCLƏR TƏYİN EDƏRİK, RAZILAŞMADIM…” - 92 yaşlı rektor

  • 25-10-2019, 13:20
  • 234


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  2. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  3. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  4. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  5. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  6. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  7. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  8. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
  9. Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
  10. Sabah hava necə olacaq? –PROQNOZ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI