“Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil” –Elman Rüstəmov

“Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil” –Elman Rüstəmov“2020-ci ildə “Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil. Bunu o zaman edə bilərik ki, inflyasiyanın hədəflənməsi rejiminə keçək”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

“Əgər bu gün aşağı səviyyəli inflyasiya varsa, bu məzənnə və məzənnə gözləntilərinin sabitliyi deməkdir. Əgər biz bu sabitliyi başqa yola hədəfləyiriksə, “tam üzən məzənnə”yə keçmək mümkün deyil. Dünyada neft ixrac edən 70 ölkə var. Onlardan yalnız 24-25-də bu mümkündür”, – baş bankir əlavə edib.

E.Rüstəmov onu da deyib ki, “Tam üzən məzənnə” rejiminə keçidin bir neçə şərti var: “Bu şərtlərdən biri dövlət qiymətli kağızlar bazarının genişlənməsidir. Bu, banklararası pul bazarının da əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olacaq. Bu gün bəzi banklarda əhəmiyyətli likvidlik var, amma bəzilərində yoxdur. Bu gün biz banklararası aktiv bazar görmürük. Çünki onların girov bazası zəifdir. Banklar arasında qarşılıqlı etibar olmalıdır. Əgər likvidliyi yüksək olan bank aşağı likvidli banka inanmırsa, burada etibardan danışmaq olmaz. Biz çalışırıq ki, dövlət qiymətli kağızlarının bütün ticarəti “Bloomberg” platformasına keçirilsin”. (report)

“Tam üzən məzənnə” rejiminə keçməyimiz mümkün deyil” –Elman Rüstəmov

  • 25-10-2019, 13:28
  • 232


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  2. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  3. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  4. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  5. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  6. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  7. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  8. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
  9. Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
  10. Sabah hava necə olacaq? –PROQNOZ
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI