Şamaxıda şagirdlərə məcburi bilet satılır

1 072 26-10-2019, 10:11 cemiyyet / bolge

Şamaxıda şagirdlərə məcburi bilet satılırYeni təyinatlar insanlarda müxtəlif ümidlər yaratsa da, təəssüf ki, sonuc qısa müddətli olur. Şamaxı rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun gənc olması, hal-hazırkı postuna mediadan gəlməsi, müasir düşüncə tərzinə sahiblənməsi, bu fikri bir azda real edən amillərdən idi. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, alınan informasiyalar gəlinən qənaətlərin tam əksi təəssüratını yaradır. Ötən gün Şamaxı rayonundakı mənbədən Conflict.az-a daxil olan məlumatda qeyd edilir ki, sabah – 27 oktyabr 2019-cu il tarixdə İmişli və Şamaxı rayonlarının futbol komandaları arasında yoldaşlıq görüşü keçiriləcək. Əslndə bu özlüyündə gözəl təşəbbüsdü. Lakin maraq doğuracaq hal odur ki, futbol yarışına biletlərin realizəsini təşkil edə bilməyən təşkilatçı rayon İcra Hakimiyyəti başçısından kömək istəyib. El dili ilə desək məhz bu mürciətdən sonra çanaq yenə də kasıbın başında partlayıb. Belə ki, rayon İcra Hakimiyyətinin müvafiq şifahi göstərişnə əsasən yarışlar üçün satılması nəzərdə tutulan 2000 bilet rayon məktəbləri arasında bölünüb. Mənbənin bildirdiyinə görə kənd məktəblərinin hər birinə 20 bilet, şəhər məktəblərinə isə satılması üçün 40 bilet verilib. Məlumatı verən mənbə əlavə olaraq onu da qeyd etdi ki, biletlərin satılması ilə bağlı tapşırıq şifahi xarakter daşısa da, satılması məcburidir. Maraqlıdır görəsən illər uzunu media sahəsində çalışan və təbliğatın, təşviqatın əlifbasını bilən bir məmur nədən sələflərinin taktikasından yararlanır? Axı idmanı, ümumiyyətlə hər hansı bir sahənin təbii sevdirmək metodları da var. Onsuzda əyalət insanının paytaxt insanına nisbətən əylənmək imkanları daha məhduddur. İki rayon arasında keçirilməsi nəzərdə tutulan yarışda iştirak əslində maraqla gözlənilməli idi. Əfsuslar olsun ki, bu belə olmadı. Əks halda insanlar normal cəmiyyətlərdə olduğu kimi tamaşa etmək istədikləri yarışlara biletləri kassalardan alardılar. Daha inzibati metodlarla, zorla sırıma qaydasında yox. Və o da ola ki, həmin biletlər həddi buluğa çatmayan uşaqlara sırına. Əslində cəmiyyətimiz normaldır. Deməli...

Mövzuya qayıdacağıq.

Radaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Xeberdar.net

XƏBƏR LENTİ