“Müəllim peşəkarlığının və şagird tədqiqatçılığının inkişafında layihələrin rolu” layihəsinin yekun qiymətləndirilməsinə həsr olunmuş dəyirmi masa keçrildi

577 26-10-2019, 17:50 cemiyyet

“Müəllim peşəkarlığının və şagird tədqiqatçılığının inkişafında layihələrin rolu” layihəsinin  yekun qiymətləndirilməsinə həsr olunmuş dəyirmi masa keçrildi
Bu gün (26.10.2019) “Müəllim peşəkarlığının və şagird tədqiqatçılığının inkişafında layihələrin rolu” layihəsinin yekun qiymətləndirilməsinə həsr olunmuş yekun dəyirmi masa keçrildi.
“Dəyirmi Masa”da 25 nəfər – 35 №li tam orta məktəbin, 26 №li tam orta məktəbin, 46 №li tam orta məktəbin müəllim və şagirdləri, müstəqil ekspertlər, BDU - nun və BSU- nun metodist müəllimləri iştirak edirdi. Layihənin müddətində həyata keçirilmiş tədbirlərlər – ilkin dəyirmi masa və təlimlər barədə layihə rəhbəri Pərvanə Talıbova geniş məlumat verərək bildirdi ki, təlimlər müddətində şəkil və video çəkilişlər aparıldı. Təlimlərin sonunda iştirakçılar artıq layihələr hazırlamaq və bu zaman komanda üzvləri ilə əməkdaşlıq etmək, bir – birinin, özunün fikirlərinə inam və hörmət etmək, müstəqil araşdırma və tədqiqat aparmaq bacarığına yiyələndilər. Müəllim və şagirdlər həvəslə layihənin davamını gözlədiklərini vurğuladılar. Onlar təlimlər zamanı hazırladıqları layihələri gələcəkdə təkmilləşdirərək həyata keçirəcəklərinə söz verdilər
35 № li tam orta məktəbin direktoru Rəna Naibova təlimlərdə iştirak etmiş bütün müəllim və şagirdləri təbrik etdi, onlara yeni layihələrdə iştirak etmək sevinci arzuladı.
26 № li tam orta məktəbin dərs- hissə müdiri Flora Kəbirova özünün müəllimlik fəaliyyətində layihələrdə iştirak etməyinin ona çox kömək etdiyini nümunələr gətirməklə bildirdi. Bu layihənin də onun və işlədiyi kollektiv üçün əhəmiyyətli olacağını bildirdi. Layihənin eksperti, Fəlsəfə doktoru Məlahət Mürşüdlünün və ekspert – sosioloq Taleh Əliyevin hazırladıqları və iştirakçılar tərəfindən doldurulmuş sorğunun nəticəsi haqqında məlumat verildi. Sorğu əsasında Bakı şəhər 35 № li məktəbin və Zəngilan rayon məcburi köçkün məktəbi olan 26 № li məktəbin 20 müəllim və 20 şagirdinin layihədə iştirak etdikləri və təlimlərdən çox razı qaldıqlarını dəyirmi masa iştirakçılarının nəzərinə çatdırıldı. Sonda iştirakçılar təşəkkürlərini bildirdilər və bir neçə təklif irəli sürdülər.

Xeberdar.net

XƏBƏR LENTİ