Oqtay Əsədovun şirkəti 250 milyonluq tender qazanıb — İDDİA

Oqtay Əsədovun şirkəti 250 milyonluq tender qazanıb — İDDİAMilli Məclisin spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu bildirilən “Arash Medical Company” MMC 9 ildə 250 milyon manatlıq tender udub.
Bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Arash Medical Company 9 il ərzində 366 tender udub ki, bu satınalmalrın əhəmiyyətli hissəsi Səhiyyə Nazirliyinə məxsudur.

Vergilər Nazirliyinin reyester məlumatlarına görə, “Arash Medical Company” 22 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Lakin MMC artıq 2010-cu ildən tender müsabiqələrində iştirak etməyə başlayıb.

Nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir.

“Arash Medical Company”nin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur. Açıq mənbələrdə Kamran Məmmədovun adına yalnız “Zoominfo” axtarış sistemində rast gəlinir. Burada o “Arash Medical Company”nin direktoru kimi təqdim edilib.
Lakin mediada MMC-nin faktiki sahibinin Cavid Əsədov olması haqda çoxsaylı materiallara rast gəlinir. 2014-cü ildə Cavid Əsədovun adı Elnur adlı şəxsin törətdiyi dələduzluq əməllərində hallandırılırdı.

Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Elnur yüksək vəzifəli şəxslərə məxsus şirkətlərdən iri məbləğlərdə pul alaraq ölkəni tərk edib. Bu məsələdə deputat Elmira Axundovun oğlu Həbib Axundovla yanaşı Cavid Əsədovun da fiqurant olduğu iddia edilirdi. Sonradan isə hər iki şəxsin əslində zərərçəkən olması barədə məlumatlar yayıldı.(Yeni Sabah)

Oqtay Əsədovun şirkəti 250 milyonluq tender qazanıb — İDDİA

  • 3-12-2019, 13:23
  • 74


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  7. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Şənbə gününün hava proqnozu açıqlanıb
  10. Deputatların əlavələrlə birlikdə aldığı məvacib - Kimə nə qədər düşür?
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI