Ümid Partiyası “21 Azər” Hərəkatının 74-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik etdi

1 614 11-12-2019, 14:30 cemiyyet

Ümid Partiyası “21 Azər” Hərəkatının 74-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik etdi
Ümid Partiyası “21 Azər” Hərəkatının 74-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik edib. Xeberdar. net-ə göndərilən təbrikdə deyilir:

"74 il öncə 21 Azər tarixində (dekabrın 12-də) vətənimizin Güneyində AZƏRBAYCAN dövlətçiliyi adına önəmli bir olay yaşandı. Mənəvi paytaxtımız Təbrizdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökumətinin qurulması millətimiz adına böyük nailiyyət idi. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Şərqdə ilk cumhuriyyət - Azərbaycan Demokratik Cumhuriyyətinin qurulmasından sonra Güney Azərbaycanda da millətimizin öz dövlətini qurması şanlı tariximizin parlaq səhifəsi idi. Bir il ərzində Seyid Cəfər Pişəvərinin kənarında Feridun İbrahimilər, Məhəmməd Biriyalar, Qulam Yahyaları və başqalarının fədakarlığı ilə gerçək bir xalq hökumətinə çevrilmiş Azərbaycan Milli Hökuməti bu gün təkcə Azərbaycan türkləri deyil, məntəqə xalqları tərəfindən də sayğı ilə anılır. Təsadüfi deyil ki, bu gün o şərəfli tarixdən bizi 74 illik bir zaman ayırır. 74 il insanların o dönəmin nisgilini yaşadığı bir tarix.
Ümid Partiyası olaraq, bu tarixi gün münasibətilə güneyli, quzeyli bütün soydaşlarımızı təbrik edir, bu qutsal yolda şəhid olanları rəhmətlə anaraq mübarizə aparanlara da uğurlar diləyirik!"

XƏBƏR LENTİ