"Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir" - Umayra Tağıyeva

1 625 17-12-2019, 13:45 cemiyyet

"Bakıda havanın temperaturu iqlim normasından yüksəkdir" - Umayra Tağıyeva“Hazırda Bakıda havanın temperaturu iqlim normasından 3 dərəcə yüksəkdir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, temperaturun ötən günlərlə müqayisədə tədricən yüksələcəyi, Bakıda və Abşeron yarımadasında 12-16°, Mərkəzi Aran rayonlarında 13-18°, dağlıq rayonlarda 8-13° isti olacağı gözlənilir: “Yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyinin sürəti ayrı-ayrı yerlərdə arabir 15-18 m/s olacaq”.

XƏBƏR LENTİ