Niderland xəritədən yox ola bilər – Hökumət kritik vəziyyətdən çıxış yolları axtarır

1 565 21-12-2019, 12:04 dunya

Niderland xəritədən yox ola bilər – Hökumət kritik vəziyyətdən çıxış yolları axtarırNiderlandın Nordvard bölgəsində telefon kitabçası artıq mövcud olmayan bir qəsəbənin qeydlərindən ibarətdir. Nömrələrin qarşısında qeyd edilən evlər sökülüb, onlardan yalnız bir vaxtlar bünövrənin mövcud olduğu yerdə kvadratşəkilli çalalar qalıb.

Əvvəllər kənd təsərrüfatı regionu hesab edilən Norvard indi ölkənin cənub-qərbində böyük bir bataqlığa çevrilib. Bu bölgə qəsdən batırılıb ki, yaxınlıqdakı digər şəhərlər quru qalsın. Bu barədə “Politico” məlumat verir.

Bu da ölkənin gələcəyini sürətli bir şəkildə nəzərdən keçirməyə imkan verir. İqlim dəyişikliyi nəticəsində dəniz səviyyəsində artım proqnozlaşdırılır. Bu səbəbdən Niderland hökuməti zamanla yarışır, dünyanın ən zəngin ölkələrindən birinin Şimal dənizinin sularında yox olmaması üçün yollar axtarır.

Proqnozlar fərqlidir: dəniz suyunun tədricən artacağını söyləyənlər də var, bu artımın apokaliptik həddə çatacağını deyənlər də. Ona görə ekspertlər dövlət strukturları üçün potensial gələcəyi modelləşdirməyə başlayıblar. Ən optimist ssenariyə əsasən, Niderlanddakı bəndlər, nasoslar və başqa avadanlıqlar suyun yüksəlməsinin öhdəsindən gələ biləcəklər. Lakin bunun bədəli ağır olacaq. Və bu imkanlar müəyyən həddə qədər effektiv olacaq.

Utrext Universitetinin geologiya və fiziki coğrafiya fənləri üzrə professoru Maarten Klyanhans deyir ki, spektrin digər tərəfində bizi idarəli bir şəkildə ərazilərdən imtina etmək gözləyir: “Bu da yaxşı bir şey deyil. Çünki 10 milyon insanı harasa yerləşdirmək lazımdır”.
Niderland xəritədən yox ola bilər – Hökumət kritik vəziyyətdən çıxış yolları axtarır
BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Paneli (IPCC) 2100-cü ilədək dəniz səviyyəsinin 30-60 santimetr artacağını proqnozlaşdırır. Özü də bu, ölkələrin Paris İqlim Sazişinin şərtlərini yerinə yetirib- yetirməməsindən asılı olmayaraq baş verəcək. Halbuki, dünya ölkələri sazişlə müəyyənləşdirilmiş tələbləri yerinə yetirmir.

Niderlanda gəldikdə, ölkənin problemin öhdəsindən gələ bilməsi hazırlıq üçün qalan müddətdən asılı olacaq. Hökumətin məlumatına əsasən, indiki müdafiə qurğuları yalnız 2050-ci ilədək yararlı olacaq. Onları təkmilləşdirmək çox vaxt alacaq. Bəndlər tikmək olar, amma onların arxasında yaşayan insanlar fövqəladə vəziyyət yarandıqda böyük risklə üzləşəcəklər. Suyu nasosla çəkmək mümkündür, lakin duzu yox. Beləliklə, torpaq şoranlaşacaq, krallığın aqrar sənayesinə yararsız olacaq. Həmçinin ərazilərin xilas edilməsinin maliyyə cəhətdən özünü doğrultduğu bir hədd də var.

Niderlandın zənginliyi və krallığın sənaye incisi Randştad meqapolisidir. Bura Amsterdam, Rotterdam, Haaqa və Utrext daxildir. Və bu region təhlükə altındadır, çünki ölkənin qərbində düzən ərazidə yerləşir.

“Niderlandın bəzi düzən rayonları artıq dəniz səviyyəsindən 10 metr aşağıdadır. Əgər su indi sahilə vursaydı, onda Niderlandın mərkəzi hissəsi, Utrext dənizə çevrilərdi. Qorxulu vəziyyətdir. Təhlükəsizlik hissi əslində aldadıcıdır”, - deyə Klyanhans qeyd edir./(xpressa.net)

XƏBƏR LENTİ