"HAZIRDA AVROPADAYAM..." - Əli Həsənov danışdı

"HAZIRDA AVROPADAYAM..." - Əli Həsənov danışdıAzərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov həbs olunması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Oxu.az-a danışan Ə.Həsənov ölkədən çıxmaq istəyərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılması ilə bağlı informasiyaları təkzib edib.

Qeyd edək ki, dekabrın 27-də sosial şəbəkələrdə sabiq köməkçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Ə.Həsənov qeyd edib ki, deyilənlər şayiədir:

“Məni niyə saxlamalıdırlar? Nəyə görə? Buna inanırsınız? Mən 25 il bu ölkənin siyasi münasibətlərinin içində olan və aparıcı şəxslərdən biri olmuşam. Hazırda Avropa ölkələrindən birindəyəm və ürək müayinəsi üçün buraya gəlmişəm”.

Onun sözlərinə görə, sosial şəbəkədə özü ilə bağlı yazılanları oxuyub və bu şayiələrə inanmamağı məsləhət görüb. Ə.Həsənov qeyd edib ki, bundan əvvəl də Avropa ölkələrindən birində əməliyyat keçirib. Ancaq sabiq siyasi xadim əlavə edib ki, Yeni ilə kimi ölkəyə qayıdacaq.

"HAZIRDA AVROPADAYAM..." - Əli Həsənov danışdı

  • 28-12-2019, 11:35
  • 296


Oxşar mövzular
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI