Jurnalistlərə qarşı törədilən cinayətlərin 90%-i cəzasız qalır – YUNESKO bəyanat yaydı

Jurnalistlərə qarşı törədilən cinayətlərin 90%-i cəzasız qalır – YUNESKO bəyanat yaydıBMT-nin təhsil, elm və mədəniyyət üzrə təşkilatı YUNESKO dünyada jurnalistlərə qarşı törədilən cinayətlərin demək olar 90%-nin cəzasız qalmasından narahatdır.

Bu barədə YUNESKO-nun Rəsədxanasının jurnalistlərin qətlləri üzrə yayılmış bəyanatında deyilir.

“Planetimizdə öldürülmüş jurnalistlərin sayı 2019-cu ildə demək olar, iki dəfə azaldı və son 10 il ərzində aşağı səviyyədədir. Ölüm hadisələri 2018-ci ilin 99 qətl hadisəsi ilə müqayisədə 56 hadisə təşkil edir“, – bəyanatda qeyd olunur.

YUNESKO-nun təşkilatı 2010-dan 2019-cu ilə qədər jurnalistlərin ümumilikdə 894 qətlini qeydə alıb. Bu ildə orta hesabla demək olar 90 qətl edir.

Media nümayəndələrinin qətli ilə bağlı ən yüksək göstərici Latın Amerikası və Karib hövzəsi ölkələrində qeydə alınıb. Bu ölkələrdə 22 jurnalist həlak olub. Siyahının ikinci və üçüncü pilləsində Asiya-Sakit okean regionu və ərəb ölkələri qərarlaşıb. Bu regionlara müvafiq olaraq 15 və 10 qətl düşür/Report.

WhatsAppFacebookFacebook MessengerTwitterShare

Jurnalistlərə qarşı törədilən cinayətlərin 90%-i cəzasız qalır – YUNESKO bəyanat yaydı

  • 21-01-2020, 10:07
  • 716


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Dövlətin ayırdığı pullar BNA rəhbərinin cibinə gedirmiş:Şirkətləri üzə çıxdı...-VİDEO
  2. 30 milyonluq tenderi udan şirkət nazirin qohumunundur? – Fakt
  3. MSK BU GÜN YENİDƏN TOPLANIR - Bu dairələr üzrə qərar veriləcək + SİYAHI (Yenilənir)
  4. Bir qadının dəyəri 7 manat – Azərbaycanda qadın qul bazarı – VİDEO
  5. "FÖVQƏLNAZİR"İN ŞİRKƏTİNİN BANK HESABINA HƏBS QOYULUB - Külli miqdarda borcu varmış...
  6. “RUSİYA TÜRKİYƏNİN ƏLİNDƏKİ “KARTI” ZƏİFLƏTMƏK İSTƏYİR”- Sevil Nuriyevadan TƏHLİL
  7. Goranboyun icra başçısı haqqında şok ittiham:Şəhid ailəsinin torpağını əlindən alıb?-Video
  8. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  9. ABŞ-la İrəvan arasında Qarabağı yazışması ... – Sensasiyalı sənədlər
  10. Xətai rayonunda bu ərazi də satıldı
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI