"SƏDƏRƏK" TİCARƏT MƏRKƏZİNDƏ DƏHŞƏTLİ YANĞIN BAŞ VERİB - Fotolar + VİDEOLAR (Yenilənib)

620 18-02-2020, 10:44 hadise

"SƏDƏRƏK" TİCARƏT MƏRKƏZİNDƏ DƏHŞƏTLİ YANĞIN BAŞ VERİB - Fotolar + VİDEOLAR (Yenilənib)“Sədərək” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. Yanğınla əlaqədar qərargah yaradıl

“Sədərək” Ticarət Mərkəzində 1 000 kvadratmetrdən çox ərazi yanıb.

***

Ticarətçilərdən birinin hadisə yerindən virtualaz.org-a bildirdiyinə görə "Sədərək" Ticarət Mərkəzində bu gün səhər saatlarında başlayan güclü yanğın hazırda lokallaşdırılıb. Yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasının qarşısını ala biliblər.

Məlumata görə yanğın bazarın ayaqqabı, pal-paltar və digər məişət mallarının satıldığı 7-ci və 8-ci sıralarını əhatə edib. Bu sıralarda çoxlu sayda mağazanın yandığı bildirilir, hadisə yerinə əlavə yanğınsöndürən briqadaları cəlb edilməkdədir.

***

"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlanan yanğın qısa müddətdə mağazalara keçib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Dölət Yanğından Mühafizə Xidmətinin və Xisusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.


XƏBƏR LENTİ