DAHA BİR DEPUTATIN ADI KREDİT QALMAQALINDA - Sabiq nazir deputatın oğlunu məhkəməyə verib

DAHA BİR DEPUTATIN ADI KREDİT QALMAQALINDA - Sabiq nazir deputatın oğlunu məhkəməyə veribAzərbaycan parlamentində cəmi 8 nəfər var ki, düz 6-cı dəfə millət vəkili mandatına sahib olub. Bunlardan biri 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən deputat olan İmamverdi İsmayılovdur. “AzPolitika.info” xəbər verir ki, az qala 30 ilə yaxındır Milli Məclisdə oturmasına baxmayaraq, deputat kimi fəaliyyəti hiss olunmayan İmamverdi İsmayılovun ləğv prosesində olan “Bank Standard”la kredit probleminin olduğu üzə çıxıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli İ.İsmayılovun ailə biznesi və “Bank Standard”-a yaranan kredit borcu ilə bağlı məlumat paylaşıb. Həmin məlumatda bankın deputatın oğlunu və gəlinini, həmçinin onlara aid "MİR HOLDİNG" MMC-ni məhkəməyə verdiyi bilduirilir.

Həmin paylaşımı olduğu kimi təqdim edirik: “125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən yenidən deputat "seçilmiş" İmamverdi İsmayılovun başı kredit qalmaqalına qarışıb.
DAHA BİR DEPUTATIN ADI KREDİT QALMAQALINDA - Sabiq nazir deputatın oğlunu məhkəməyə verib
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin bankı - "Bank Standard" (ləğv prosesindədir) deputatın oğlu İlmir İsmayılovu və gəlini Pərvanə Azər qızı İsmayılovanı məhkəməyə verib. Fevralın 12-də hakim Gündüz Cəlilovun sədrliyi ilə İmamverdi İsmayılovun oğlunun şirkətinə qarşı kassasiya şikayətinə baxılıb. Bank deputatın oğluna məxsus "MİR HOLDİNG" MMC-dən kreditin qaytarılmasını tələb edir.
İlmir İsmayılov bizneslə məşğuldur, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının idarə heyətinin üzvüdür. Deputatın ailəsinə məxsus şirkətlər əsasən turizm sektorunda fəaliyyət göstərirlər.

1. "MİR HOLDİNG" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2009-cu il iyulun 16-da qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun oğlu İlmir İsmayılov, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır.

2. "MİR GROUP HOLDİNG" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2017-ci il yanvarın 13-də qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun oğlu İlmir İsmayılov, hüqüqi ünvanı BADAMDAR ŞTQ, SEYRAN MƏMMƏDOV küçəsi 16, mənzil 30-dur.

3. "İKO" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2006-cı il aprelin 24-də qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi İmamverdi İsmayılovun həyat yoldaşı Bağdagül Qurban qızı İsmayılova, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır.

4. "MİR GLOBAL LOGİSTİCS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2010-cu il aprelin 2-də qeydiyyatdan keçib, qanuni təmsilçisi Fuad Qibləli oğlu Bünyadov, hüqüqi ünvanı YASAMAL RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev 152, m. 46-dır.

5. "SUPER KİDS KLUB" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (uşaq bağçası) 2012-ci il dekabrın 7-də qeydiyyatdan keçib, qanuni təmsilçisi Pərvanə Azər qızı İsmayılova, hüqüqi ünvanı NƏRİMANOV RAYONU, HƏSƏN ƏLİYEV, ev 1, m. 127-dir.

6. "QARADAG-BZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2011-ci ilin sentyabrında qeydiyyatdan keçib, təsisçisi və qanuni təmsilçisi deputatın oğlu Unutmaz İsmayılovdur".

AzPolitika.info

DAHA BİR DEPUTATIN ADI KREDİT QALMAQALINDA - Sabiq nazir deputatın oğlunu məhkəməyə verib

  • 20-02-2020, 12:30
  • 135


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Qoruyucu maskanı kimlər və necə istifadə etməlidirlər? - QAYDALAR
  6. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  7. “5-ci kolon” təhlükəsi varmı və siyasilər nə düşünür?
  8. Güclü yağışlar, qar geri qayıdır-XƏBƏRDARLIQ
  9. DAHA 61 NƏFƏRDƏ YOLUXMA QEYDƏ ALINIB – Koronavirus epidemiyası sürətlə yayılır
  10. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI