Koronavirusa görə aviaşirkətlərin itkiləri 29 mlrd. dollardan çox ola bilər –IATA

610 21-02-2020, 15:50 cemiyyet

Koronavirusa görə aviaşirkətlərin itkiləri 29 mlrd. dollardan çox ola bilər –IATA

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) koronavirus səbəbindən qlobal aviadaşımalara tələbatın 2009-cu ildən bəri ilk dəfə azalacağını və nəticədə aviaşirkətlərin 29 mlrd. ABŞ dollarından çox itirəcəyini bildirib.

CNBC-nin verdiyi məlumata görə, IATA itkilərin əsasən Asiya-Sakit okean bölgəsində cəmləşəcəyini gözləyir. Təkcə Çin Hava Yolları epidemiya səbəbindən 12,8 mlrd. dollar itirəcəyini bildirən assosiasiya, 2020-ci ildə aviadaşımalara tələbatın 4,1% artacağını proqnozlaşdırıb. Hazırda proqnoz 0,6% azalma həddinə endirilib. (APA)

XƏBƏR LENTİ