Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi- Sərəncam

761 22-02-2020, 12:29 bolge

Vasif Talıbov Ali Məclisə yeni Aparat rəhbəri təyin etdi- SərəncamNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 22-də Ülvi Mötəbər oğlu Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

Xeberdar.net-in məlumatına görə, o, bu təyinatdan əvvəl Ali Məclis Aparatında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı.

O, həm də Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədridir. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvü, Dövlət Qulluğunun Baş müşaviridir. Azərbaycan Respublikası Prezidentinin ötən il imzaladığı sərəncamla “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Xeberdar.net

XƏBƏR LENTİ