İran ordusu da hərəkətə keçir - Ruhanidən əmr

575 24-02-2020, 00:54 dunya

İran ordusu da hərəkətə keçir - Ruhanidən əmrİran Silahlı Qüvvələri (SEPAH) koronavirusa qarşı mübarizə aparacaq. Axar.az xəbər verir ki, bu barədə İran Prezidenti Həsən Ruhani deyib.

O bildirib ki, ölkəsi minimal itki ilə yeni virusu nəzarətdə saxlamaq niyyətindədir:“Bütün hökumət orqanları, Silahlı Qüvvələr, ictimai təşkilatlar cəmiyyətin sağlamlığı üçün lazımi tədbirlər görəcək. Biz ən az itki ilə xəstəliyi nəzarətdə saxlamaq istəyirik”.

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb. Artıq Pakistan, Türkiyə, İraq İranla sərhəd-keçid məntəqələrini bağlayıb, Gürcüstan isə hava əlaqəsini dayandırıb. Ermənistan da analoji qərar verəcəyini açıqlayıb.

XƏBƏR LENTİ