79 saylı İmişli DSK-da nə baş verir?

504 24-02-2020, 12:06 cemiyyet

79 saylı İmişli DSK-da nə baş verir?9 fevral tarixli növbədənkənar parlament seçkilərindən sonra demək olar ki, görünməyən 79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirovla bağlı yeni məlumat var. Belə ki, sabiq polis rəisi Təyyar Nəsirovun oğlu nə qədər qəribə də olsa, yendən dövriyyəyə qayınatası – İmişli Lokomotiv Deposunun baş mühasibi Rasət Həsənovu daxil edib. Əslində bir müddət öncə mətbuatın dərc etdiyi məlumatlarda göstərilrdi ki, İmişli Lokomotiv Deposunun baş mühasibi kürəkəni haqqında dərc edilən mətbu orqanlarını və jurnalistləri zəng edərək görüşə dəvət edir. Mənbənin bildirdiyinə görə görüşdə əsas məqsəd Ramil Nəsirovla bağlı məlumatları həmin saytların səhifələrindən çıxarmaq olub.
79 saylı İmişli DSK-da nə baş verir?
































Ötən gün məlumatı verən mənbə əlavə olaraq qeyd etdi ki, Rasət Həsənov yenidən fəaliyyətə başlayıb. Baş mühasibin bu dəfə təsir etmək istədiyi şəxslər 79 saylı DSK-nın narazı olan MnSK üzvləridir. Onu da xatırladaq ki, 21 saylı MnSK-nın üzvi Mübariz Mirzəyevin evinə Ramil Nəsirovda daxil olmaqla bu məqsədlə təhdidedici qrupun gedişidə olmuşdu. Görünür Rasət Həsənov digər narazılarla öz metodu ilə münasibət qurmaq istəyir.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır./Conflict.az

XƏBƏR LENTİ