Qattuzo Messi üçün “qəfəs” hazırlayır

4 905 24-02-2020, 17:37 idman

Qattuzo Messi üçün “qəfəs” hazırlayır
Fevralın 25-də “Napoli” Çempionlar Liqasının 1/8 finalında “Barselona” ilə ilk qarşılaşmaya çıxacaq.

“Napoli”nin baş məşqçisi “Barselona” üçün bir neçə sürpriz hazırlayıb. Qattuzunun əsas planı “Barsa”nın lideri Lionel Messini zərəsizləşdirməkdir.

O, Leo üçün meydanda “qəfəs” yaratmağı düşünür: ““Napoli”nin futbolçuları Messinin olduğu mövqelərdə çoxluq təkil etməlidirlər və onu “qəfəs”ə salmalıdırlar. Onlar Leo ilə “Barsa”nın futbolçuları arasındakı əlaqələri maksimum kəsməyə cəhd göstərməlidirlər”./Sportinfo.az

XƏBƏR LENTİ