“İçinə qısılan o bənövşəni, baxışlarımla dirçəldib sənə gətirəcəyəm…” – Rəfail Tağızadə

“İçinə qısılan o bənövşəni, baxışlarımla dirçəldib sənə gətirəcəyəm…” – Rəfail TağızadəHər kəsə verilməyən çiçək


Qarabağın hər yeri gözəl idi. Dağı da, dərəsi də. Torpağı, suyu, havası da. Əldən yerə nə düşürdüsə, bitirdi. O yerlərdə qoz ağacını qarğalar əkirdi.

Baharı laləzara dönərdi.

Meyvələrin tamı, güllərin, çiçəklərin ətri bambaşqa idi.

Bənövşənin də…

Bir ellim məndən bənövşə istədi. Qarabağın bənövşəsini…

Utancaq, hamıya görünmək istəməyən, kolun dibində gizlənən, istədiyi adam gələndə boylanıb, “burdayam” – deyən, həssas, kövrək bənövşəni.

Baharı daha gözəl olan o yerlərdə – bənövşənin bağın harasında, hansı kolun dibində bitdiyini bilirdik. Bənövşə özü də əldə, evdə daha gözəl göründüyünü bildiyindən xoşu gəldiyi adamı görəndə, “məni dər” – deyə çağırırdı. Onun qarşısında əyiləndə özünü bənövşəni verəcəyin adamın qarşısındakı kimi hiss edirsən. İncidəcəyindən ehtiyatlanıb bir az ustufca, səliqə ilə üzürsən.

Bənövşə onun hər adama verilmədiyinin fərqində olduğundan naz edib yırğalanardı.

Onun görünüşü, baxışı başqa çiçəklərdən fərqlənir. Seçilir. Bu çiçəkdə xüsusi bir lütfkarlıq, özünəməxsus incə bir əda var. Üzülənə kimi nazlı, üzüləndən sonra tam sənin olur. Sinənə sığınan kimi sığınır əllərinə.

Bənövşələr…

İndi o yerlərdə yenə bənövşə bitirmi? İnanmıram. Bənövşə sevgi çiçəyidi. Sevgini daha çox duyur.

Qana susayana bənövşə baş qaldırmaz. Görsənməz.

Ağacı, kolu həsrətdən quruyan yerdə bənövşə bitməz.

Bənövşə əvvəlki əllərin mehriban uzantısını, sevgi dolu baxışlarını gözləyir.

Həssas, duyğulu, unatcaq, xəfif baxışlı, gözəl, zövqlü yaz çiçəyindən ötrü əllərim, baxışlarım darıxır. Sevgiyə darıxan kimi.

İçinə qısılan o bənövşəni, baxışlarımla dirçəldib sənə gətirəcəyəm. Gözün sevinsin.

Görməyənlər də görsün Qarabağ bənövşələrinin baxışlarını…

Rəfail Tağızadə

“İçinə qısılan o bənövşəni, baxışlarımla dirçəldib sənə gətirəcəyəm…” – Rəfail Tağızadə

  • 10-03-2020, 12:24
  • 267


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Tələbələr tələb edir : Dərslər əyani keçirilsin!-KAMPANİYA
  2. DSX əsgəri vəfat edib
  3. KORRUPSİYA İDARƏSİ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT KEÇİRİB - Saxlanılanlar var
  4. “ÖLKƏ RƏHBƏRLİYİLƏ SABİQ MƏMURLARI ÜZ-ÜZƏ QOYMAQ CƏHDLƏRİ...”– Mehdiyevdən yeni mesajlar
  5. DİLİMİZ VARLIĞIMIZDIR!
  6. Muxtar” ləqəbli radikal dindar Bakıya gətirildi - DTX
  7. Məhkəmə karantinə görə polisin yazdığı cərimələri ləğv etdi
  8. Sabah yağış yağacaq, külək əsəcək
  9. “MEHDİYEVİN İŞİ-GÜCÜ O OLUB Kİ...” - “Dövlət adamlarını bir yerə yığıb...”
  10. Bakıda polis əməliyyatı:ər-arvadı döyüb pullarını aparanlardan biri tutulub
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI