Naxçıvanda AXCP vəalı, Naxçıvan Sərhəd Dəstəsinin keçmiş komandanı mərhum Şahmərdan Cəfərovun silahdaşı həbs olundu

1 505 12-03-2020, 14:08 siyaset / bolge / gundem

Naxçıvanda AXCP vəalı, Naxçıvan Sərhəd  Dəstəsinin keçmiş komandanı  mərhum Şahmərdan Cəfərovun silahdaşı  həbs olundu
AXCP Şərur rayon təşkilatının fəal üzvü Ayaz Ağayev Yunis oğlu mart ayının 8-də həbs olunub. Bu barədə AXCP Naxçıvan MR təşkilatının sədri Yaşar Bağırsoy özünün feysbuk səhivəsində yazıb.
Təşkilat sədrinin məlumatına görə, Ayaz Ağayevin həbsindən 4 gün keçməsinə baxmayaraq o, hələ də Şərur rayon Polis Şöbəsində saxlanılır.Onun saxlanması ilə bağlı rəsmi açıqlama yoxdur .
Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, AXCP fəalının həbsinə səbəb öyrədilmiş həmkəndlisinin şikayəti olub. Həmkəndlisi heç bir əsas olmadan Ayaz Ağayevin onu döydüyünü iddia edib.
Yaşar Bağırsoy xeberdar.net-ə faktı təsdiqləyib.
“Ayaz bəy tez-tez AXCP-nin Naxçıvan şəhərində yerləşən ofisinə gəlirdi. Son gəlişində üzərində ciddi nəzarətin olduğunu, bir müddət əvvəl isə sahə müvəkkilinin ona xəbərdarlıq etdiyini bildirmişdi. Hesab edirəm ki, Ayaz bəyin saxlanılması onun siyasi fəaliyyətilə əlaqəlidir ”-deyə təşkilat sədri bildirdi.
Qeyd edək ki, Ayaz Ağayevin 64 yaşı var. Azərbaycan Milli Azadlıq Hərəkatının fəal üzvlərindən olub. Naxçıvanın müdafiəsi uğurunda erməni silahlı birləşmələrinə qarşı Naxçıvan Sərhəd Dəstəsinin keçmiş komandanı, millət vəkili Şahmərdan Cəfərovun dəstəsində döyüşüb. 1994-cü ilin avqustunda Şahmərdan Cəfərov və onun silahdaşlarına qarşı qanunsuz silahlı dəstə ittihamı ilə cinayət işi açıldı. Bundan sonra Ş. Cəfərovun silahdaşlarının bir çoxu həbs olunub. Ayaz Ağayev də həbs olunaraq, 5 ilini qapalı olmaqla 13 il həbs cəzasına məhkum edilib və sona qədər cəzasını çəkib.

Xeberdar.net olaraq hadisə ilə bağlı aidiyyatı qurumları dinləməyə və mövqeylərini dərc etməyə hazırıq.


Xeberdar.net

XƏBƏR LENTİ