ÇİN KORONOVİRUSA GÖRƏ ABŞ-ı İTTİHAM ETDİ və ƏKS-HÜCUMA KEÇDİ:"Koronavirusu Vuhana amerikan əsgərləri gətirib"

1 046 14-03-2020, 16:01 gundem

ÇİN KORONOVİRUSA GÖRƏ ABŞ-ı İTTİHAM ETDİ və ƏKS-HÜCUMA KEÇDİ:"Koronavirusu Vuhana amerikan əsgərləri gətirib"
Çin Xarici İşlər Nazirliyinin təmsilçisi Çan Liszyan bəyan edib ki, ola bilsin, koronavirusu Vuhana amerikan əsgərləri gətirib.

Çin, faktiki olaraq, rəsmi səviyyədə ABŞ-ın ünvanına ittihamlar səsləndirir. Təsdiq etmək olarmı ki, Çin koronavirusun yayılması ilə bağlı dünyada yaranmış vəziyyəti sarsıtmağa cəhd edir?

İstənilən halda, belə alınır ki, BMT TŞ-nin üzvü olan bir ölkə digər üzv ölkəni virusun yayılmasına görə ittiham edir. Virusun yayılması isə artıq çoxdandır ki, tibbi problemdən daha çox, geopolitik problem olub.

Cəmi bir neçə həftə ərzində dünya evinin bütün sistemi, logistikası, kommunikasiyası pozulub, insanların psixologiyası dəyişilib.

Bundan əlavə, qəribədir ki, koronavirus başqa bir yerə deyil, İran və İtaliyaya köç edib. Çinin özü isə nümayişkaranə şəkildə maskaları çıxararaq, artıq bəyan edib ki, epidemiyanı dəf edib.

Bundan sonra isə Pekin nümayişkaranə şəkildə ABŞ-ın “maskası”nı çıxarmağa qərar verib. Ancaq hələ ki, əsas infeksiya ocaqları olaraq İran və İtaliya qalır. Yeri gəlmişkən, 2019-cu ilin mart ayından İtaliya Çinlə kifayət qədər sıx münasibətlər saxlayır. Çinin prezidenti Romaya gəlmişdi və bir sıra mühüm müqavilələr imzalamışdı.

Virus, əlbəttə, artıq bütün Avropanı, xüsusilə də ABŞ Prezidenti Trampın Şengen zonasına olan bütün uçuşları ləğv etməsindən sonra özündən çıxarıb. Bu, Avropa liderlərinin narazılığına səbəb olub.

Koronavirus bütün dünyada, qeyri-hərbi metodlarla olsa da, praktiki olaraq, hərbi rejim təsis edib. Bu durumda Çinin ABŞ əleyhinə bəyanat verməsi əks-hücuma bənzəyir.

Buna paralel olaraq, ortaya belə məlumatlar çıxıb ki, Pekin digər ölkələrdəki xəstələrə yardım etmək üçün həkim briqadaları göndərməyə qərar verib. Çində epidemiyanı uğurla məğlub edən bu həkimlər artıq İranda və İraqdadırlar, tezliklə İtaliyaya da gələcəklər.

Belə alınır ki, koronavirusun ardınca bütün dünyaya yayılacaq “Çin desantı” formalaşır. Ola bilərmi ki, virus yox olsun, lakin “desant” qalsın?

XƏBƏR LENTİ