Mübariz Mənsimov aclığa başladı - SON DURUM

901 16-03-2020, 10:50 cemiyyet

Mübariz Mənsimov aclığa başladı - SON DURUMİstanbulda dünən saxlanılan "Palmali" Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun azadlığa buraxıldığı barədə məlumat təsdiqini tapmayıb

Xeberdar.net xəbər verir ki, jurnalist Fuad Abbasovun feysbuk üzərindən canlı apardığı proqrama telefon zəngi ilə "Palmali" şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva qoşulub.


F.Quliyeva bildirib ki, Mübariz Mənsimov sərbəst buraxılmayıb: "Hətta Mübariz bəy yemək və su içməkdən imtina edib. Baxmayaraq ki, bu günlərdə əməliyyat olunub. Bu gün onun ofisində və evində araşdırma aparılıb, ancaq "FETÖ" ilə ilgili heç bir dəlil tapılmayıb, heç tapıla da bilməz. Çünki onlarla heç zaman əlaqə olmayıb, ola da bilməz".

Xeberdar.net

XƏBƏR LENTİ