İndiyədək 169 610 nəfər koronavirusa yoluxub –ÜST

981 16-03-2020, 12:06 dunya

İndiyədək 169 610 nəfər koronavirusa yoluxub –ÜSTÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı açıqlayıb.

Təşkilatın martın 16-na olan məlumatına əsasən, 157 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Ümumi yoluxanların sayı 169 610, yeni yoluxanların sayı 192 nəfərdir.

Bildirilib ki, indiyədək yeni koronavirusdan 6518 nəfər ölüb. Onlardan 15-i yeni ölüm faktıdır. Xəstəliyə yoluxanlardan 77 776 nəfər sağalıb ki, onlardan 1600 nəfəri yeni sağalanlardır.

XƏBƏR LENTİ