DAHA 61 NƏFƏRDƏ YOLUXMA QEYDƏ ALINIB – Koronavirus epidemiyası sürətlə yayılır

785 1-04-2020, 14:56 cemiyyet

DAHA 61 NƏFƏRDƏ YOLUXMA QEYDƏ ALINIB – Koronavirus epidemiyası sürətlə yayılırAzərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Xeberdar.net məlumat verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatında belə deyilir.

Qeyd edək ki, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4518 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

XƏBƏR LENTİ