İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"

1 657 4-04-2020, 07:41 siyaset / gundem

İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"


Iqbal A]azadƏ : #evdəqal kampaniyası təbii ki, insanlarımızın sağlamlığının qorunması üçün olduqca vacib faktordur. Sosial təcridetmə xəstəliyin yayılmasının qarşısını almaq üçün bu gün ən optimal yoldur.

Vətəndaşlarımızı #evdəqal çağırışına riayət etməyə mən də səsləyirəm. Lakin bir sıra məsələlər var ki, Operativ Qərargah tərəfindən dərhal həll olunmalıdır:


1. Hər bir rayonda Operativ Qərargah yaradılmalı, əlaqə telefonları müəyyən edilməli, koronavirusla mübarizə üçün ayrılmış vəsaitdən yerli qərargahlara gündəlik maliyyə verilməli, ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır;

2. Operativ Qərargah iş rejimini davam etdirməyə məcbur olan şəxslərlə bağlı hər müəssisədən siyahı almaqla yekun siyahını bilməli, onların ehtiyaclarını qarşılamaq üçün əlavə tədbirlər görməlidir. İşləməyə məcbur olan şəxslərə verilən xüsusi icazə ilə yanaşı, onların himayəsində olan uşaqlara, qocalara, xəstələrə baxıcılıq edən şəxslərə də icazə arayışı verilməlidir. Bu, həm dövlətin yükünü azaldar, həm də işləyən şəxslərin himayəsində olanların vəziyyətini yüngülləşdirər;

3. Elektrik və qaz təminatı fasiləsiz olmalı, aprel ayı üçün əhali heç bir ödəniş etməməlidir, dövlət elektrik və qaz məsrəflərini öz üzərinə götürməlidir;

4. Kreditlərin və faizlərin ödənişi müvəqqəti dondurulmalı, ödənişlər karantin dönəmində könüllü olmalıdır. Ödənilməyən kredit və faizlərə görə vətəndaşa banklar heç bir əlavə faiz hesablamamalıdır;

5. Bütün market və supermarketlərdə özünəxidmət ləğv edilməlidir. Çünki özünəxidmət qaydasında işləyən obyektlərdə eyni rəfdən (polkadan) yüzlərlə adam istifadə etməklə infeksiya mənbəyi yaradır;

6. Neft sahəsində Azərbaycan həm itkiləri kompensasiya, həm də qazanc əldə edə bilər. Müşahidə etdiyimiz kimi əksər ölkələrin milli valyutaları dəyərini itirir, neft dünya bazarında ucuzlaşır, iqtisadiyyatımızın əsasını təşkil edən neft və neft məhsullarının da qiymətdən düşməsi həm milli valyutamızı təhdid edir, həm də maliyyə defisiti üçün ciddi əsas verir.

Qeyd edək ki, Dövlət Neft Fondu zəmanətli neftbondlar (sabit faizli maliyyə aktivi) dövriyyəyə buraxır. Əhaliyə yaxud istənilən hüquqi və ya fiziki şəxsə neftbondlar və neft satılır və ya dövlət investisiya xərclərinin əsas hissəsi neftbondlarla ödənilir. İşcilərə əmək haqqının bir hissəsi neftbondlarla (kuponlarla) verilə bilir. (Bu zaman 1 bondun dəyəri 1 barel neftin dəyəri ilə ölçülür. Bond sahibi bu gün 1 barel neft üçün 42 azn (25$) ödəyib 1 ildən sonra bondu Dövlət Neft Fonduna təqdim etməklə real dünya bazarı qiymətinə dövlət adından 100 AZN-ə satırsa, o zaman Dövlət Neft Fondu borclanır.)

Belə ki, bondun satışı manatla aparılır. Bunun nəticəsində tədavüldə manat kütləsi azalır, möhkəmlənir, həmçinin neft qiymətləri dünya bazarında qalxarsa, bond alan ölkə vətəndaşı qazanmış olur.

Neftə tələbat az olan dövrdə Azərbaycan öz neftini xarici bazarda ucuz qiymətə satmaq əvəzinə onu öz vətəndaşına və ya yerli şirkətə satır. Bu, vətəndaşa və büdcəyə xeyir verməklə yanaşı yerli valyutanı sabit saxlayır. Neft qiymətləri kəskin düşməklə yanaşı azerilite markalı neftə tələbat kəskin azalıb və biz alıcılarımızı itiririk. (Əgər biz başqa ölkələrin neftini alıb depolamaq imkanına malikiksə, əvvəlki təkliflər paketimizdə neftlə bağlı hissə yenə də aktualdır. Yox, əgər bazarda alıcımızı bizdən asılı olmayan səbəblər üzündən itiririksə, bu variant daha məqsədə uyğundur)

Xeberdar.net

XƏBƏR LENTİ