Bakıda “WhatsApp”la narkotik satanlar tutuldu

Bakıda “WhatsApp”la narkotik satanlar tutuldu
Bakı sakini olan iki kişi “Rais”in tapşırığı onlayn satış edib

Nəsimi rayonunda onlayn yolla narkotik satanlar tutuldu. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat həyata keçirilib. Belə ki, daxil olan məlumat əsasında keçirilən tədbir zamanı paytaxt sakinləri Elnur Rəsulov və Rüfət Orucəliyev tutulublar. Onların Nəsimi rayonunda yerləşən kirayədə qaldıqları evə baxış zamanı idman çantasının içərisində narkotik vasitələr olan 959 qram tiryək, 14, 712 qram heroin, 34 qram marixuana, 1, 696 qram psixotrop maddə olan metamfetamin və iki ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı bu şəxslərin narkotik vasitələri “Rais” adlı şəxsiyyəti istintaqa məlum olmayan bir nəfərdən satmaq məqsədi ilə aldıqları məlum olub. E.Rəsulov və R.Orucəliyev İran vətəndaşı ilə “WhatsApp” ani mesajlaşma şəbəkəsi vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar.

Saxlanılan şəxslər ifadələrində qeyd ediblər ki, narkotik vasitələri “Rais”in tapşırığı ilə paytaxtın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan “WhatsApp” vasitəsi ilə həmin yerlərin şəklini çəkib ona göndəriblər. Onlayn yolla narkotik sirafiş verən şəxslər pulları müxtəlif yollarla E.Rəsulov və R.Orucəliyevə çatdırandan sonra onlar əldə etdikləri maddi vəsaitləri “Rais”in göndərdiyi bank kartlarına köçürüblər.

Nəsimi RPİ əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş paytaxt sakini Elman Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərində 20.632 qram heroin aşkarlanıb. Onun Binəqədi qəsəbəsində yerləşən evinə baxış zamanı
5 kiloqramdan 35 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.


Hər iki faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən hır 3 şəxs tutularaq istintaqa cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davan etdirilir.

Bakıda “WhatsApp”la narkotik satanlar tutuldu

  • 4-04-2020, 18:59
  • 456


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI