Koronavirusa yoluxanların gerçək sayı 20 dəfə çoxdur - ARAŞDIRMA

747 10-04-2020, 11:44 dunya

Koronavirusa yoluxanların gerçək sayı 20 dəfə çoxdur - ARAŞDIRMADünyanı ağuşuna alan koronavirus pandemiyası ilə bağlı daha bir elmi araşdırmanın nəticələri açıqlanıb.

Virusla bağlı tədqiqat aparan Almaniyanın Göttingen Universiteti alimlərinin qənaətinə görə, rəsmi rəqəmlər koronavirusa yoluxanların yalnız 6%-ni əks etdirir.

Kristian Bommer və Sebastian Follmerin apardığı araşdırmada müxtəlif ölkələrdəki ölüm nisbətləri arasındakı variasiyanı təhlil ediblər. Məsələn, İtaliyada koronavirusdan ölüm 11,7% olduğu halda bu rəqəm Almaniyada 10 dəfə azdır – 1,1%.

Araşdırmaçıların fikrincə, bu, bəzi ölkələrdə qeydə alınan koronavirusa yoluxma hallarının sayının gerçək rəqəmdən çox az olmasından qaynaqlanır. Tədqiqatda ölüm sayını rəhbər tuturaq martın 31-də dünyada yoluxma hallarının sadəcə 6%-nin aşkarlandığını açıqlanıb.

Alimlər belə nəticəyə gəlib ki, martın 31-nə olan vəziyyətə görə, koronavirusa yoluxanların Almaniyada 15%, İtaliyada 3,5%, İspaniyada isə yalnız 1,7%-nə rast gəlinib. Bu baxımdan ən aşağı göstəricilərdən biri də ABŞ (1,6%) və Böyük Britaniyadadır (1,2%).

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 605 000-i ötüb. Bunların 356 952 nəfəri sağalıb, 95 753 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./“Report”

XƏBƏR LENTİ