Dad yarımçıq əlindən!


Dad yarımçıq əlindən!
Bünyamin Qəmbərli


Belə bir məsəl var, dad yarımçıq əlindən. Mənə elə gəlir ki, bizim sorunlarımızın kökündə bu yarımçığlıq durur. Bütün işlərimiz yarı-yarımçığdır. İşlərimiz ona görə yarımçığdır ki, iş tapşırılan adamlarımız-mütəxəssislərimiz, kadırlarımız yarımçığdır. Bir sözlə nə liderlərimizdə yetkinlik var, nə siyasətçilərimizdə, nə iş adamlarımızda bütövlük var, nə işçimizdə, nə dindarımız normal mömünlik edir, nə solçumuz normal solçuluq, nə alimimizdə alimlik keyfiyyəti var, nə jurnalistlərimizdə jurnalistlik keyfiyyəti. Bəlkə də mənim yarımçığlıqla bağlı dediyim sözlərlə çoxları razılaşmayacaq. Amma nə yazıq ki, o adamlar biraz diqqət etsələr görəllər ki, mənim dediklərim həqiqətə uyğundur.
Bu gün Türkmənçay müqaviləsinin-Azərbaycanın ikiyə bölünməsinin 188-ci ili tamam olur. Məncə bəlalarımızın kökü 1813-cü ildə qoyuldu. 1813-cü ildə Qacar dövləti ilə çar Rusiyasının savaşında ruslar qalib gəldi və Azərbaycan bölündü. Bu parçlanmanın, bu yarımçığlığın ağırlığını görən Fətəli şah Qacar bölünməyə son qoymaq, bütövlüyü əldə etmək üçün ruslarla təkrar savaşa girdi və savaş 1828-ci il fevral ayının 10-da Türkmənçay kəndində bağlanan razılaşma ilə nəticələndi. Yurdumuzun, vətənimizin bölünməsi ilə yaranan yarımçığlıq bütün həyatımıza, bütün ruhumuza işlədi. Nə iş görmək istədiksə yarımçıq qaldı, hansı işi başladıq başa çatdıra bilmədik. Yurdumuz kimi millətimiz, dövlətimiz, insanımız da darmadağın, yarı-yarımçıqdır. O gündən özümüzə gələ bilmir, gücümüzü toplayıb bu yarımçığlıq bəlasından, sıxıntısından qurtara bilmirik. İşə bax ki, Əbülfəz Elçibəy Azərbaycanın bütövləşməsinin vacibliyini dedi bəzi siyasətçilər, alimlər, elm və ədəbiyyat adamları az qaldı onu daş-qalaq etsin, dövlətin başçısı deyir mən 50 milyonun dövlət başçısıyam, amma bu dövlətin parlamenti qəbul etdiyi qanunlarla, hökuməti qəbul etdiyi qərarlarla, həmin prezidentin təyin etdiyi məmurlar yaramazlığı ilə bu 50 milyonun Təbrizdə, Borçalıda, Dərbənddə və Avropanın çeşidli ölkələrində yaşayan fərdlərinə öz doğma yurdunda-Azərbaycan Respublikası ərazisində yaşamaq haqqı vermir. Təbrizli, Urmiyalı, Zəncanlı, Ərdəbilli gəlib Qarabağ mənim vətənimdi deyib vuruşur, şəhid olur, amma burda söz sahibi olanlar onları iranlı adlandırır.
Bu gün Türkmənçay müqaviləsinin bağlanmasından 188 il keçir. Tarixdə 188 il böyük müddət deyil. Amma nə yazıq ki, 188 il bundan qabaq olan bir olayı biz öz adı ilə adlandıra bilmir, düşmənlərimizin təsirinə düşərək, təbliğatına uyaraq bilərəkdən ya bilməyərəkdən ulusumuza və dövlətçiliyimizə düşmən olanların dəyirmanına su tökməklə ulusumuzun məhvinə xidmət edirik. Bu gün səhər tezdən telekanllardan birində bu müqavilə ilə bağlı verilən məlumatda deyildi ki, “İran və Rusiya arasında bağlanan Türkmənçay müqaviləsi ilə Azərbaycan ikiyə bölünüb”. Düşündüm ki, bu jurnalist ciddi yanlışa yol verməklə tariximizin saxtalaşdırılmasına və bu saxtalaşdırılmanın təbliğinə xidmət edir. Amma bu da danılmaz həqiqətdi ki, bu təkcə bir jurnalisin günahı deyil, bütün tarixçilərin, ədəbiyyatçıların, elm, mədəniyyət və incəsənət adamlarının, siyasətçilərin, dövlət xadimlərinin və jurnalistlərin günahıdı. Nə yazıq ki, əhalinin oxuya biləcəyi bütün tarix kitablarında , kütləvi informasiya vasitələrində bu belə gedib. Dərd burasındadı ki, rus, ya fars uşağı olanlar, savadsız və qorxaq tarixçi, ədəbiyyatçı, elm adamı, siyasətçi və dövlət xadimləri cəhənnəm, ağllı, savadlı, vətənsevər olanlar da nəinki bu yanlışın düzəldilməsinə cəhd eləmir, əksinə axına düşüb gedir. Hətta bu axına çox sevilən, vətənsevərliyinə, millətçiliynə heç bir şübhə olmayan rəhmətlik Bəxtiyar Vahabzadə kimi aydınlar da düşdü. Tarix kitablarından, yazılan elmi, bədi və publisist yazılardan belə aydın olur ki, Azərbaycanın parçalanmasına səbəb olan 1813-cü ildəki Gülüstan və 1828-ci ildəki Türkmənçay müqavilələri çar Rusiya ilə İran dövləti arasında bağlanıb. Çox maraqlıdı, görən bu müqavilələr bağlanan zaman İran adlı dövlətin olmadığını bilməyən tarixçi varmı? Hansısa tarixçi çıxıb deyə bilərmi ki, həmin dövrdə İran adlı dövlət var idi və başçısı, hökümdarı filankəs, sərhəddi isə belə idi? Məncə kimsə bu iddiada olmaz və olammaz. Olmaz ona görə ki, tarixdə İran sözü siyasi anlamda iyirminci yüzildə işlənməyə başlayıb. Olammaz ona görə ki, iyirminci yüzilə qədər şərqdə demək olar ki, bütün dövlətlər ya dövlətin idarəetmə üsusluna uyğun, ya qurucusu olan şəxsin, ya da tayfanın adı ilə adlandırılıb. Bunu tarixə baxdıqda aydın görürük (Əməvilər, Abbasilər, Osmanlı, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar, Moğol, Hülakilər, Teymurilər və s.). Bu müqavilələr bağlanan dövrdə isə nəinki İran adlı dövlət yox idi, hətta indi fars şovinizminin İran adı ilə iddia etdiyi bütün torpaqlar 700 ilə yaxın idi ki, müxtəlif türk tayfalarının qurduğu dövlətlər (Eldəgizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar) tərəfindən idarə olunurdu. Bu müqavilələr bağlanan dövdə isə indiki İran ərazisi Qacar dövlətinin tərkibində idi. Onda bu dövrdə İran adlı dövlət yox idisə necə ola bilərdi ki, müqavilə İran dövləti ilə çar Rusiyası arasında bağlansın. Deməli müqavilə İran dövləti ilə çar Rusiyası arasında bağlanmayıb. Həqiqət budur ki, çar Rusiyası Nadir şah Əfşarın qorxusundan döyüşsüz çıxdığı çox müham strateji əhəmiyyətə malik Qafqaza və Azərbaycanın qüzey torpaqlarına qayıtmağa çalışırdı. Həmin dövrdə də bu ərazilərdə Türk tayfalarının birliyi ilə qurulan Qacar dövləti buna imkan vermirdi. Bu səbəbdən baş verən savaşda çar Rusiyası qalib gəldi və Qacar dövlətinin böyük bir hissəsini-Azərbaycanın qüzey hissəsini işğal etdi. Bu işğalla barışmağa məcbur olan Qacar dövləti çar Rusiyası ilə müqavilə bağlamalı oldu. Bu bir həqiqətdir ki, çağdaş İran rejimi, fars şovinizmi bizim tariximizi, mədəniyyətimizi öz adına çıxmağa çalışır, özünüküləşdirmək istəyir. Eyni zamanda bu da danılmazdır ki, istər çar Rusiyası, istər sovet Rusiyası və istərsə də çağdaş Rus dövləti hər zaman imperiya siyasəti güdüb və bizim bağımsızlığımızla razılaşmayıb. Belə olan vəziyyətdə həm çar Rusiyasına, həm də indiki İran dövlətinə sərf edir ki, müqavilənin Qacar dövləti ilə çar Rusiyası arasında bağlandığı yox, (çünki bu zaman Rusiyanın bizə deyildiyi kimi xoşbəxtlik gətirdiyi deyil, bizim torpaqlarımızı işğal etdiyi, vətənimizin güney hissəsinin isə indiki İran rejimi tərəfindən işğalda saxlandığı və istismar olunduğu ortaya çıxır) İran dövləti ilə çar Rusiyası arasında bağlandığı qəbul edilsin. İndi yenə bir çox yarımçığ alim, siyasətçi, ya da yazı-pozu adamı deyəcəy ki, müqavilə mətnində Rusiya imperiyası ilə İran dövləti arasında bağlandığı yazılıb. O zaman mən də o yarımçığlara bu başdan deyirəm ki, sən o müqavilənin əslini harda görmüsən? Sən yalnız sənə təqdim olunanı, sənin əlin çatanı görmüsən, yəqin ki, əslini heç vaxt görməyəssən də.
Deməli bu birdəfəlik bilinməlidir ki, həm Gülüstan müqaviləsi, həm də Türkmənçay müqaviləs, işğalçı çar Rusiyası ilə öz dövlətimiz olan Qacar dövləti arasında bağlanıb. Müqavilənin yadlar-çar Rusiyası ilə İran dövləti arasında bağlandığını deyənlər bilərəkdən ya bilməyərəkdən bizə millətimizi yazıq, məzlum, bacarıqsız, başqalarının əlində oyuncaq kimi təqdim etməklə bizi millətimizin böyüklüyündən, dövlətçilik ənənəsindən yayındırmağa xidmət edir.

Dad yarımçıq əlindən!

  • 12-02-2016, 00:36
  • 867


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Siyəzən rayon Təhsil İdarəsinın işçisi sadə xalqı hakimiyyətə qarşı üsyana çağırır
  2. “ELÇİBƏYLƏ ƏLİYEV RUSİYANIN PLANINI POZMUŞDU…” – Sensasion açıqlamalar
  3. Əhməd Əhmədzadə milyonları necə daşıyıb? - İTTİHAM
  4. İsmayıllı meşələrini viran qoyan məmurları meşəbəyi ifşa etdi/VİDEO FOTO
  5. Canlı əfsanə İzzət Rüstəmov (İkinci yazı)
  6. Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib –Bayramda əfv sərəncamı gözlənilir
  7. Mingəçevirdə tarixi silkələyə biləcək nadir tapıntı –Azərbaycanda dinozavrlar yaşayıb? (FOTO)
  8. Vahid Mustafayev ANS-in açılmasından danışdı – “Yayıma tam hazırıq”
  9. Akim Bədəlovun Cinayət Tarixçəsi, Şəhid Qızının Yerdə Qalan Naləsi…..ŞİKAYƏT
  10. RÜSTƏM İBRAHİMBƏYOV BAKIYA QAYITDI –Bir cənub şəhərində dostlarla qeyd edilən 80 illik yubiley (FOTOLAR)
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
MARAQLI