Küçəyə çıxmaq üçün saxta jurnalist vəsiqəsi hazırladı

Küçəyə çıxmaq üçün saxta jurnalist vəsiqəsi hazırladı
Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq üçün belə etdiyini deyib

Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozmağa çalışan şəhər sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən, şəhər sakini Tural Abbasovun evdən çıxması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Gəncənin Səsi” qəzetində işlədiyini bildirib.

Üzərində gəzdirdiyi, həmin müəssisənin əməkdaşı kimi işlədiyinə dair yazılar olan sənədi polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyən edilib. T. Abbasov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün bu yola əl atdığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir
.
Küçəyə çıxmaq üçün saxta jurnalist vəsiqəsi hazırladı


Xeberdar.net

Küçəyə çıxmaq üçün saxta jurnalist vəsiqəsi hazırladı

  • 12-04-2020, 10:23
  • 161


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq – FOTO
  4. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  5. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  6. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  7. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  8. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  9. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  10. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI