Bir gündə 100-dən çox tibb işçisi koronavirusa yoluxub –Qazaxıstanda

713 14-04-2020, 11:20 dunya

Bir gündə 100-dən çox tibb işçisi koronavirusa yoluxub –QazaxıstandaQazaxıstanın keçmiş paytaxtı Almatıda son sutkada koronavirusa yoluxan 174 nəfərdən 116-sı tibb işçisidir.

Bunu Almatı şəhər İctimai səhiyyə idarəsinin rəhbəri Tleuxan Abildayev bildirib.

Onun sözlərinə görə, şəhərdə koronavirusa 346 yoluxma halı qeydə alınıb. T.Abildayev deyib ki, tibbi işçiləri arasında 30-dan artıq yoluxma hadisəsi aşkarlandığından aprelin 13-dən Almatı Şəhər Mərkəz Klinik Xəstəxanası karantinə bağlanıb.

Xatırladaq ki, Qazaxıstanda koronavirusdan 1 179 yoluxma və 14 ölüm hadisəsi qeydə alınıb. Qazaxıstanda aprelin sonunadək fövqəladə vəziyyət rejimidir/Report.

XƏBƏR LENTİ