Bakıda karantinə görə bələdiyyə başçısı və vergi şöbəsinin rəisi tutuldu FOTO, VİDEO

Bakıda karantinə görə bələdiyyə başçısı və vergi şöbəsinin rəisi tutuldu FOTO, VİDEO
Onlar sərbəst gəzmək istəyənlər üçün saxta arayışlar satıblar

Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətləri birgə məlumat yayıb. Məlumatda qeyd edilir ki, koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkədə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir. Belə neqativ hallara qarşı adıçəkilən qurumların əməkdaşları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir.

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya məyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.

Araşdırma zamanı Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayış satdıqları məlum olub. Bununla da Niyaz Niftiyev və Sahib Abışov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar. İstintaqın gedişi zamanı saxta arayışların satıldığı şəxslərin də izahatları alınıb və onlar qeyd edilən saxta buraxılış sənədlərini pul müqabilində Binəqədi qəsəbə Bələdiyyəsindən əldə etdiklərini bildiriblər.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Niyazi Niftiyev və Sahib Abışov tutularaq istintaqa cəlb olunublar. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bakıda karantinə görə bələdiyyə başçısı və vergi şöbəsinin rəisi tutuldu FOTO, VİDEO
Bakıda karantinə görə bələdiyyə başçısı və vergi şöbəsinin rəisi tutuldu FOTO, VİDEO
Bakıda karantinə görə bələdiyyə başçısı və vergi şöbəsinin rəisi tutuldu FOTO, VİDEO
Bakıda karantinə görə bələdiyyə başçısı və vergi şöbəsinin rəisi tutuldu FOTO, VİDEO
Bakıda karantinə görə bələdiyyə başçısı və vergi şöbəsinin rəisi tutuldu FOTO, VİDEO
Bakıda karantinə görə bələdiyyə başçısı və vergi şöbəsinin rəisi tutuldu FOTO, VİDEO


Xeberdar.net

Bakıda karantinə görə bələdiyyə başçısı və vergi şöbəsinin rəisi tutuldu FOTO, VİDEO

  • 16-04-2020, 19:42
  • 266


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. “Bakıda məskunlaşan naxçıvanlıların vəsiqə dərdi”
  3. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  4. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  5. Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb –VİDEO
  6. Ələt azad iqtisadi zonası yaradılıb –FƏRMAN
  7. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  8. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  9. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  10. İsmayıllıda örüş sahələri qanunsuz zəbt olundu -RAYON İCRA HAKİMİYYƏTİ HƏRƏKƏTƏ KEÇDİ -FOTOLAR
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI