ABŞ karantini qaldırmaq planını açıqlayır – Avropa və Yaponiya hansı addımlar atacaq?

572 17-04-2020, 11:56 dunya

ABŞ karantini qaldırmaq planını açıqlayır – Avropa və Yaponiya hansı addımlar atacaq?Prezident Donald Tramp koronavirus epidemiyasının qarşısının alınması üçün qoyulmuş karantinin mərhələlərlə qaldırılmasına dair təlimatını açıqlayıb.

Xəbər verilir ki, karantin rejimi ABŞ-da biznesin az qala tamamilə dayanmasına və 22 milyon amerikalının işini itirməsinə səbəb olub.

Tramp aprelin 16-da keçirilən mətbuat konfransında deyib ki, onun ekspertlər komandası “bizim virusla müharibəmizdə növbəti mərhələnin başlandığı” barədə fikirlə razıdır. ABŞ prezidenti qeyd edib ki, karantinin qaldırılması prosesinə ştatların qubernatorları rəhbərlik edəcəklər.

“Ehtiyatlı addımlarla” mərhələ-mərhələ

Tramp deyib ki, ölkə birdən birə yox, ehtiyatlı atılan addımlarla açılmalıdır. O qeyd edib ki, koronavirusun təsirinə çox az qalan ştatlar başqa ştatlardan daha tez açıla bilər.

Trampın sözlərinə görə, qubernatorların karantinin davam etməsinə zərurət gördükləri halda məhdudlaşdırıcı tədbirlər saxlanacaq. Prezidentin planına görə əvvəlcə böyük müəssisələr və poliklinikalar açıla bilər.

Məktəblər və barlar

İkinci mərhələdə isə məktəblərin və barların açılması, qeyri-zəruri səfərlər üzərindən qadağanın götürülməsi nəzərdə tutulur.

Qeyd olunur ki, başqa məhdudlaşdırıcı tədbirlər üçüncü mərhələdə dayandıralacaq, amma əllərin yuyulması, insanlar arasında fiziki məsafənin gözlənməsi və ağız maskalarının taxılması kimi qaydalar davam etdiriləcək. Bu da razılaşdırılıb ki, ştatlar hər bir mərhələdə infeksiyaların azaldığını, yerlərdə testlər və xəstəxana çarpayılarının kifayət qədər olduğunu nümayiş etdirməlidir.

Bu arada hökumət COVID-19 virusunun yenidən baş qaldırmaması üçün vəziyyətə nəzarəti davam etdirəcək, lazım gəldikdə situasiyaya müdaxilə olunacaq.

Koronavirus da, işsızlik də təşviş yaradır

Trampın keçirdiyi mətbuat konfransının ərəfəsində məlum olub ki, təkcəötən həftə 5.2 milyon amerikalı işsizlik müavinəti üçün müraciət edib.

Bundan əvvəl işsizlik müavinəti üçün 17 milyon amerikalı müraciət etmişdi. Bu səbəbdən bir çox rəsmilər yoluxmaların yüksələcəyi barədə narahartlıqlara baxmayaraq bizneslərin yenidən açılması yolları barədə düşünməli olurlar. Bəzi səhiyyə ekspertləri, qubernatorlar və biznes rəhbərləri isə bildirirlər ki, karantin və başqa məhdudiyyətlərin qaldırılmasından əvvəl daha çox test keçirilməsi və kifayət qədər qoruyucu ləvazimatın tədarük edilməsi zəruridir.

İndiyədək BirləşmişŞtatlarda koronavirusa 667 min yoluxma qeydə alınıb, bunlardan 33 min nəfəri vəfat edib.

Yaponiya fövqəladə vəziyyət elan edir

Bu arada dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Yaponiyada aprelin 16-dan fövqəladə vəziyyət elan olunub. Bu hadisə Yaponiyada aprelin sonunda başlayan Qızıl Həftə bayramına təsadüf edir.

İndiyədək COVID-19 virusuna yoluxmadan 13, 700 ölümün qeydə alındığı Britaniyada karantinin daha üç həftə uzadılması barədə qərar qəbul olunub. Dünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge xəbərdarlıq edib ki, İspaniya, İtaliya, Almaniya, Fransa vəİsveçrədə pozitiv əlamətlərin görünməsinə baxmayaraq, epidemiya ilə bağlı vəziyyət Britaniya, Türkiyə, Ukrayna və Rusiyada mürəkkəb olaraq qalır.

Rəsmi deyib ki, pandemiyanın ağır tufan buludları hələ də Avropa regionu üzərindən asılıb. Bütün dünyada son saatlara olan məlumata görə 2 milyondan çox insan koronavirusa yoluxub, ölüm halları 144 min nəfərə yaxınlaşıb.

Çindən haqq-hesab tələb edilir

ABŞ vitse-prezidenti Mayk Pens aprelin 15-dəÇini “açıq danışmağa” və virusun necə yayıldığlı barədə məlumat verməyə çağırıb.

Bir çox ekspertlər Çinin virusa yoluxmaya vəölüm hallarına dair statistikasına şübhə ilə yanaşırlar. Çin rəsmən 83 min yoluxma, 3300 ölüm qeydə alındığını bildirir. Vaşinqton Çini epidemiyanın yenicə başladığı vaxtlarda həqiqəti gizlətməklə ölümcül və fəlakətli pandemiyaya səbəb olmaqda ittiham edir.

Birləşmiş Ştatların tənqidinə Fransa və Britaniya da qoşulublar. Fransa prezidenti Emmanuel Makron deyib ki, “biz Çində baş verən hadisələr barədə lazımi məlumata malik deyilik”.

Onun fikrincə, “Çinin epidemiyanın öhdəsindən belə asanlıqla gəlməsinə inanmaq sadəlövhlük olardı”.

Britaniyanın xarici işlər naziri Dominik Rab deyib ki, biz Çinə bir sıra çox çətin suallar verməliyik. (azadliq.org)

XƏBƏR LENTİ