Azərbaycanda virusun ən çox yayıldığı mənbə bilindi

672 17-04-2020, 12:07 cemiyyet / bolge

Azərbaycanda virusun ən çox yayıldığı mənbə bilindi
PA rəsmisi Rusiyadan gələnlər arasında yoluxmanın 20 faiz olduğunu deyib

"Azərbaycan ərazisində son günlər ərzində koronavirusla bağlı aşkar olunan pozitiv testlərin 20 faizi Rusiyadan gələn arasında müəyyən edilib". Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, son günlər Samur keçid məntəqələrində Rusiyadan qayıtmaq istəyən insanların toplaşması halları müşahidə olunur. "Evə gəlirəm" portalı vasitəsində qeydiyyatdan keçən şəxslərin ardıcıllıq nömrəsi təyin ediləcək. Onlar da müəyyən qruplar şəkildə ölkəyə buraxılacaq. H.Hacıyev qeyd edib ki, 200-400 sayda insanın növbəli şəkildə gəlişi təmin ediləcək.

PA rəsmisinin sözlərinə görə, ilk növbədə Azərbaycan hava yolları və "Buta" vasitəsilə əllərində bilet olan şəxslərin çarter reysləri ilə gətirilməsi təmin olunacaq. O bildirib ki, yaşlı insanlar, hamilə qadınlar və uşaqlı ailələrin ölkəyə qayıdışı ilk sıralarda olacaq
.

XƏBƏR LENTİ