KARANTİN REJİMİNİN UZADILACAĞI DƏQİQLƏŞDİ - Prezidentdən açıqlama

686 17-04-2020, 17:00 cemiyyet

KARANTİN REJİMİNİN UZADILACAĞI DƏQİQLƏŞDİ - Prezidentdən açıqlama

"Karantin rejimi aprelin 20-nə qədər nəzərdə tutulub. Ancaq mütəxəssislərin vahid fikrinə görə karantin rejimi uzadılmalıdır. Hesab edirəm ki, bu düzgün addım olacaq, çünki müsbət dinamika hələ ki, ilk təzahürlərini göstərməkdədir".

Bu sözləri Prezident İlham Əliyev iki nazirlə- Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirilən iclasda deyib.

Dövlət başçısı bildirib ki, biz bu dinamikanı dayanıqlı etməliyik: "Ona görə Operativ Qərargah yaxın vaxtlarda bu məsələ ilə bağlı məlumat verəcək. Karantin rejiminin uzadılması yeganə düzgün qərardır".

Prezidenti İlham Əliyev qeyd edib: “Baxmayaraq ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyət nəzarət altındadır biz öz tədbirlərimizi vəziyyətə uyğun şəkildə almalıyıq. Bizim üçün prioritet məsələ dəfələrlə qeyd etdiyim kimi insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir”.



XƏBƏR LENTİ