ZELENSKİ AZƏRBAYCANDAN DA PUL İSTƏYİR - “Ən azı 8 milyard nəzərdə tuturuq..."

679 18-04-2020, 11:59 cemiyyet

ZELENSKİ AZƏRBAYCANDAN DA PUL İSTƏYİR - “Ən azı 8 milyard nəzərdə tuturuq..."Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hakimiyyət ölkədə defolt elan etməyə hazırlaşmır və Beynəlxalq Valyuta Fondundan maliyyə köməyi almaq niyyətindədir.

Virtualaz.org xəbər verir ki, Zelenski belə bəyanatla ölkədə koronavirus pandemiyası ilə bağlı ağırlaşan maliyyə durumu barədə danışarkən çıxış edib.

“İnsan bir həftə susuz yaşaya bilərmi? Nəyə görə axı? Beynəlxalq Valyuta Fondu ilə bağlı situasiya da belədir. Nəyə görə biz riskə gedək və situasiyanı defolta gətirib çıxardaq, nəyə görə bütün bu sınaqlarla üzləşməliyik? Onsuz da bu sınaqlar kifayət qədərdir”,-Ukrayna prezidenti ölkənin Beynəlxalq Valyuta Fondunun kreditləri olmadan keçinməsinin mümkünlüyü haqda suala cavabında deyib.

ZELENSKİ AZƏRBAYCANDAN DA PUL İSTƏYİR - “Ən azı 8 milyard nəzərdə tuturuq..."
Onun sözlərinə görə, indiki situasiyada maliyyə dəstəyi ölkəyə çox lazımdır. Çünki başqa vaxtlar olsaydı Beynəlxalq Valyuta Fondundan kredit almağın nə dərəcədə lazım olduğunu müzakirə etmək olardı. “İndi isə bu insan orqanizminə qan qədər vacibdir”,-o deyib.

Zelenski deyib ki, Ukrayna Beynəlxalq Valyuta Fondundan ən azı 8 milyard dollar kredit almaq barədə anlaşıb. Dünya Bankının və Avropa İttifaqının vəsaitlərini də bura əlavə edəndə ölkəyə 10 milyard dollar daxil olacaq.

“Ən azı 8 milyard nəzərdə tuturuq. Lakin mən 10 milyard gələcəyini gözləyirəm, üstəlik mən sizə açıq deyirəm ki, az qala hər gün digər ölkələrin, Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın, Kanadanın, Almaniyanın liderləri ilə danışıram və Angela Merkelə minnətdaram. Yəni bizdə çoxlu pul olacaq”,-Zelenski bildirib.

XƏBƏR LENTİ