Alimlər koronavirusun gerçək yoluxma sayını açıqladılar

Alimlər koronavirusun gerçək yoluxma sayını açıqladılarAlimlər koronavirusa yoluxma hallarının sayının rəsmi rəqəmlərdən 10 dəfə fərqlənə biləcəyini iddia edirlər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, araşdırmanın nəticələri “medRxiv”resursunda yer alıb.

Məlumata görə, alimlər ABŞ-da koronavirusun ilk yayılmağa başladığı Kaliforniya ştatının Santa-Klara dairəsində eksperiment keçiriblər.

Onlar 3,3 min yerli sakindən koronavirusa qarşı antikorun olub-olmaması barədə analiz alıblar. Bu, daha öncə koronavirusa neçə nəfərin yoluxmasını hesablamaq üçün edilib.

Hesablamaya görə, eksperimentdə iştirak etmiş 2,5% – 4,2% insanda koronavirusa qarşı antikorun ola biləcəyi qənaətinə gəlinib:

“Bu yayılma göstəriciləri aprelin əvvəlinədək 48 mindən 81 minədək insanın bu dairədə yoluxduğunu əks etdirir. Bu da dairədə qeydə alınmış yoluxma hallarının sayında 50–85 dəfə çoxdur”.

Araşdırmanın həmmüəllifi, Stenford Universitetinin professoru Cey Bhattaçarya CNN-ə müsahibəsində bu araşdırmanın ölüm halları barədə də gerçək təsəvvürü yarada biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, əgər yoluxanların sayı rəsmi statistikadan gerçəkdən də dəfələrlə çoxdursa, demək, koronavirusdan ölüm halları da proporsional olaraq güman ediləndən azdır.

Alimlər koronavirusun gerçək yoluxma sayını açıqladılar

  • 18-04-2020, 12:04
  • 579


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. UKRAYNADA PARTİZAN HƏRƏKATI BAŞLAYIB - Ruslara xidmət edənlər öldürülür + FOTO
  2. Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub
  3. "BROKER" MMC-nin RƏHBƏRİ HƏBS EDİLDİ - DTX tərəfindən saxlanılıb + FOTO
  4. Müsəlmanların qətli məni qəzəbləndirir - Bayden
  5. Qarabağda separatçılıq etmiş ermənipərəst jurnalist casusluğuna görə Kosovadan qovulub
  6. Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
  7. Ermənilərin yeni qorxusu: “Belə getsə, İrəvanı da itirəcəyik”
  8. Ünvanlı sosial yardımın məbləği artıb
  9. "Rusiya hərbçiləri kəndə nəzarəti bir neçə dəfə artırıblar...”- Zabuğa gəlmiş Petrosyan...
  10. İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - FOTO
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI