Humanizm pərdəsinə bürünmüş erməni sevgisi: “İran buna cavab verməlidir”

948 21-04-2020, 14:35 dunya / gundem

Humanizm pərdəsinə bürünmüş erməni sevgisi: “İran buna cavab verməlidir”İranın Səhiyyə Nazirliyi koronavirusla bağlı yaratdığı "Mask" adlı tətbiqdə Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə hörmətsizlik edib.

Həmin tətbiqdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi fars dilində "Qarabağ Respublikası" kimi təqdim edilib.

Bu, sosial şəbəkələrdə istər güney, istərsə də quzey azərbaycanlılar arasında böyük narazılıqla qarşılanıb.

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktou Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında bildirib ki, İran Səhiyyə Nazirliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti dəfə hörmətsizlik etməsi molla rejiminin riyakarlığınıın bariz nümunəsidir:

“Hər halda həmin tətbiqdə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fars dilində "Qarabağ Respublikası" kimi təqdim edilməsinin başqa bir izahı ola bilməz. Bu, birmənalı şəkildə molla rejiminin təkrarən Azərbaycana münasibətdə ikiüzlülüyü, Ermənistana münasibətdə isə qardaşlığı kimi qiymətləndirilməlidir. Ona görə də, haqlı olaraq molla rejiminin bu riyakarlığı istər güney, istərsə də quzey azərbaycanlılar arasında böyük narazılıqla qarşılanıb. Azərbaycan İrana koronavirus epidemiyasına qarşı mübarizə məqsədi ilə yardım edib. Bunun qarşılığında rəsmi Tehranın Dağlıq Qarabağda qurulmuş qondarma rejimə etdiyi köməklər və göndərdiyi ucuz yanacaq hər şeyi ortaya qoyur. Bu mənada rəsmi Tehranın həm Qarabağda, həm də regionun digər ölkələrində terrorçular və işğalçılara göstərdiyi dəstəyi görə bütün azərbaycanlıların qəzəbinə tuş gəlməsi təbiidir”.

F.Ələkbərli hesab edir ki, İrana bununla bağlı etiraz edilməlidir:

“Ümumiyyətlə, rəsmi Tehranın bu məsələlərə bir aydınlıq gətirməsi lazımdır. Bir sözlə, epidemiya adı altında rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünə qarşı sayğısızlığının bir açıqlaması olmalıdır. Hər halda, bir tərəfdə humanizm adına İran adlanan ölkəyə yardım edən Azərbaycan, digər tərəfdə isə Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistana yardım edən, üstəlik Ermənistanın işğal altında saxladığı torpaqlarımızda hələlik, mövcud olan qondarma rejimin də təbliğatını aparan molla rejimi var. Bu haqsızlığın bir sonu olmalıdır. Bizcə, bu kimi məslələrdə bütün azərbaycanlıların, Azərbaycan türklərinin birlik nümayiş etdiməsi də çox vacibdir. Biz nə qədər, gücümüzü doğru ifadə etsək, onun əks sədası da bir o qədər olacaq”./Cebhe.info

XƏBƏR LENTİ