Bərdədə yol qəzası oldu - Ölən və yaralananlar var

749 26-04-2020, 15:22 hadise

Bərdədə yol qəzası oldu - Ölən və yaralananlar varBərdə rayonunda bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun Bərdə rayonunun Göbər kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənddə “VAZ-2107” markalı avtomobili ilə "Nissan" markalı minik maşını toqquşub. Nəticədə "Nissan"ın sürücüsü ölüb. Hadisə zamanı həmçinin “VAZ-2107”in sürücüsü və sərnişini ağır xəsarət alıb.

Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ